ШЕКИ - НАБИБЕКОВЫ

UNUTDURULMUSH AZMAN - ELIABBAS QEDIMOV.

Muellifler: Edalet TAHIRZADE ve Hebibulla MANAFLI.



Bu yaxınlarda sovet repressiyasının qurbanlarından birinə həsr edilmiş "UNUTDURULMUŞ AZMAN - ƏLİABBAS QƏDİMOV

(Ömür yoluna zindandan baxış)"

adlı yeni kitab işıq üzü görmüşdür.

 

Əsər Şəkidə doğulmuş, Qazanda və Türkiyədə ali təhsil almış həkim, Türkiyənin ən tanınmış təbibləriylə, o sıradan yurddaşımız Əli bəy Hüseynzdə (1864-1940) ilə birgə çalışmış, Vətənə döndükdən sonra yurdumuzun müxtəlif bölgələrində insanlara şəfa vermiş və Azərbaycanın azdlığı və müstəqilliyi uğrunda mücadilə aparmış, bu üzdən də dəfələrlə kommunist zindanına atılaraq dözülməz işgəncələrə uğradılaraq sonunda güllələnmiş, adı da millətimizə unutdurulmuş görkəmli ziyalımız Əliabbas Əli oğlu Qədimov'un (1887-1937) ömür yolu haqqında ilk kitabdır. Başlıca olaraq Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi arxivinin materialları əsasında yazılmış bu sənədli əsərdə Ə.Qədimovun yaşamı haqqında tarixşünaslığımızda ilk dəfə geniş bilgi verilir.

 

Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadənin giriş sözü ilə başlayan kitabda eyni zamanda, Ə.Qədimovla əlaqədə  olan digər tarixi şəxsiyyətlər də xatırlanır.

 

Kitabın müəllifləri Bakı Avrasiya Universitetinin professoru, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Ədalət Şərif oğlu Tahirzadə və Azəbaycan Dövlət Müəllimlər institutunun Şəki Filialının baş müəllimi Həbibulla Şirin oğlu manaflıdır.

 

Kitab Vətəniizin tarixi ilə, azdlığımız və müstəqilliyimiz uğrunda canından keçmiş soydaşlarımızın kimliyi ilə maraqlanan bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulmuşdur.



Создан 01 июл 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com