ШЕКИ - НАБИБЕКОВЫ

Niyə aşiq olublar?

Müəllif: Hidayət Elvüsal



Bilmirəm, sizin də başınıza gəlib, ya yox, cavanlar qız üstündə dalaşmağı çox sevirlər. Biri telini darayıb, toqqasını bağlayır və ədəbaz-ədəbaz özünü qıza göstərir. O biri də anasından aldığı dondurma pulu ilə siqaret alıb, qızın gözü qarşısında tüstülədir ki, guya böyüyüb, kişi olub. Hərə özünü bir cürə uydurur.


İndi bu Ermənistan deyilən ölkə də səydəş Haykanuş kimi gündə birinə göz eləyir. Bir vaxtlar Fransaya deyirdi ki, səninəm, müsyo, İngiltərəyə göz eləyirdi ki, ser, yalan deyirəm, səndən yaxşısını tapacam? Avstraliya-zadda gördü ki, erməni ayağısürüşkən şeydi, bir az dalınca gəzdi, amma Rusiya yenə özünü yetirdi və erməniləri qapazladı. Ona Ermənistan adlı ev tikdi, cehiz verdi və gəlin gətirdi. 70 il saxladı. Əvvəl-əvvəl keşiş nigahı kəsdirdi, sonra “sən mənim yarımsan, sən mənim qazımsan, sən mənim tazımsan, sən mənim...” deyib gecə-gündüz bu “ölkə” deyilən forpostu ilə mazaqlaşdı.


Fransa qısqandı:


- Bonjur, bonjur, mən ermənini o vaxtdan tanıyıram. Aramızda eşq-məhəbbət yaşanıb. Rusiya mənim sevgilimi əlimdən alıb.


İngiltərə də dözmədi:


- Ayam sori, mənim nəyim sizdən əskikdi?


Sonra Almaniya, Avstraliya və hətta... Avropa Birliyi toplum halda Ermənistana və ermənilərə aşiq oldu. Və indi nə baş verir, bilirsinizmi? Bu üzü yumuşaq, ayağı sürüşkən, hər kəsə yar olan, kim nə desə “baş üstə” deyib, q.... eləyən Ermənistanı Rusiyanın əlindən almaq istəyən Avropa Birliyi cayılları:


- O vaxt türklər səni genosid-genosid eləyib. Gəl qucuma, yaranı sağaldım, - deyib, ona pay-püşk göndərirlər.


Ermənilərin də bir adəti var, gələnə “ağam”, gedənə “paşam” deməsə bağrı çatlayar, xasiyyətinə, tərbiyəsinə uyğun sayılmaz. Və buna görə də Rusiyanın qucağında oturub, Avropaya, Amerikaya sədaqətindən danışır. Bir sözlə - əli aşda, gözü oynaşda.


Amma müsəlmanlara da göz-qaş eləyir haa. İrana deyir ağa, məndən üz döndərsən, and olsun xaça elə bir “Rəftəm ki, rəftəm” oxuyaram ki, gözünün yaşı selə dönər.


Neynəsin? Əgər özbaşına qalsa acından ölər. Ordan-burdan qazandığı uşaqlarının da çoxu evdən küsüb gediblər. Neçəsi Rusiyada, neçəsi Fransada, Amerikada, Türkiyədə... ağlaya-ağlaya, “genosid” deyə-deyə dilənir. Hərçənd ki, bu ermənilərin diasporunda ermənicə bilən yoxdur, amma ermənilik var. Dilənməyi, aldatmağı bacarırlar. 


Onların bir seks-bomabaları var - Kim Kardaşyan. Əsl mamasının axçisidi. Anası gəzən ağacı balası budaq-budaq, ölkə-ölkə gəzib dolaşır. Əmisi oğlu Kiro Mamoyan da Avropaya deyir ki, bizi türklərə qarşı “kullanın”. Bu da mamasının dığasıdı.


Və... İndi bu Ermənistan kimin olacaq? Rusiya ona bu qədər maya qoyub. Avropa, xristian dünyası belə bir vasitəni, bəhanəni, canlı silahı əldən buraxmaq istəmir. ABŞ təmkinli tərpənib, özünü ağır aparır. Bilir ki, əlini nə vaxt atsa, nə zaman istəsə, Ermənistanı dizinin üstündə otuzdura bilər. Tələsmir. Məqam gözləyir. Amma ermənilərə aşiq olduğunu da gizlətmir. O boyda ölkə, özünü demokratiyanın beşiyi adlandıran ABŞ, ermənilərə hər il külli miqdarda pul göndərir. O da yaman... ermənibazdanimiş haa... Burada Amerikanın seks-simvolu sayılan erməni Kim Kardaşyanın “gərgin əməyini” də unutmaq olmaz... 


Mənbə: "Təzadlar" 



Создан 17 июн 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com