ШЕКИ - НАБИБЕКОВЫ

"Peşəkar" müxbir

Müəllif: Məzahir Süleymanzadə



...Dərd onu götürmüşdü. Bu gün hara gedəcəkdi, kimin qapısını döyəcəkdi, nə qədər pul istəyəcəkdi?.. Cibində o boyda qəzetin vəsiqəsi olsa da, gedəcəyi ünvanı müəyyənləşdirə bilmirdi. Rayon icra hakimiyyətində, polis idarəsində, prokurorluqda, xəstəxanada, təhsil şöbəsində bu yaxınlarda olmuşdu. Tez-tez eyni adamların yanına getmək olmazdı, gözdən tez düşərdi. Müxbir tayfası gərək ağır oturub batman gəlsin, geyiminə-keciminə, danışığına, oturuşuna-duruşuna fikir versin... Həm də müxbirin kiminsə yanına getməsi üçün bir əsas, bəhanə, şikayət məktubu lazımdır. Redaksiyadan ezamiyyə vərəqini də elə-belə vermirlər... Yaxşı, bəs nə etməli, hara getməli? Tərs kimi, arvad da toya hazırlaşır, bunun bəzənib-düzənməsi var, xonçası var, toypulusu var... O gün qohumlardan biri eşitdirib ki, bəxtəvər başına, ərin o boyda qəzetin müxbiridir. Elə bilirlər müxbirin başına pul tökülür. Adamın adı çıxınca, canı çıxsa yaxşıdır...


...Alnını qaşıdı... Fikirləşdi, fikirləşdi, ağlına heç nə batmadı. Yenə alnını qaşıdı... O qədər qaşıdı ki, alnı qızardı, yara oldu. Tərs kimi bir milçək də gəlib qondu qızarmış alnının üstünə. Bir istədi ki, iri, qara milçəyi qovsun, sonra nə isə fikirləşib gülümsündü:

  
- Adamın ruzusunu gərək Allah yetirsin...


Arvadını səslədi:


- Arvad, gəl, bu toypulunu tutaq, amma diqqətli ol, uçub qaçmasın, yoxsa toya gedə bilməyəcəksən.


Arvad gəlib gördü ki, iri, qara bir milçək ərinin alnına qonub, ləzzətlə qanını sorur. Milçəyin heç uçub getmək fikri də yoxdur. Ərinin məqaləsi dərc olunan qəzeti götürüb dörd qatladı, milçəyə elə bir zərbə endirdi ki, cıqqırını da çıxara bilmədi, yapışıb qaldı müxbirin qızarmış alnında. 


- Afərin arvad, sən əsl snaypersənmiş ki...


Müxbir milçəyi alnından qoparıb yaylığının arasına bükdü. Sevincək geyinib evdən çıxdı. Öz-özünə milçəklə danışırdı: "Səni hara aparım, "Şəki"yə, yoxsa "Bakı"ya, "Şuşa"ya, yoxsa "Laçın"a, "Qarabağ"a, yoxsa "Zəgəzur"a?"


Seçim qarşısında qalmışdı, restoranların adını çəkdikcə, əli ilə cibindəki iri, qara milçəyin başını sığallayırdı. Düşündü ki, uzağa getməyin faydası yoxdur, milçək istənilən yerdə onu məqsədinə çatdıracaq... Tini burulub qarşıdakı yaşıllığın içərisindəki yeməkxanaya daxil oldu. Təmtəraqlı olmasa da, səliqəli yer idi, uzaqdan musiqi sədası da eşidilirdi. Sakit bir yer tapıb əyləşdi. Dərhal cavan bir qız başının üstünü kəsdirdi:


- Nə istəsəniz varımızdır, lülə, tikə, bozbaş, yarpaq dolması...


- Yox, xanım, tələsirəm, mənə toyuq şorbası gətir, bir stəkan da ayran.


Qız əvvəlcə çörək, göyərti gətirdi. Şorbanın dalınca gedəndə müxbir cibindəki dəsmalı çıxarıb milçəyə baxdı, gülümsündü, sonra yenə onu cibinə qoydu.


...Şorba dadlı idi, müxbir az qala onun hamısını yeyəcəkdi. Birdən cibindəki milçəyi xatırladı, onu yaylığının arasından çıxarıb şorbanın içinə atdı: "Hə, sənin üzmə zamanın yetişdi..."


...O yana - bu yana baxıb qəflətən yerindən qalxdı, ağacın dibinə tüpürdü. Xörəkpaylayan qız tez özünü yetirdi:


- Nədi, nə olub, niyə halınız dəyişdi?


- Azar olub, dərd olub. O şorbanı sənin özünə yedizdirəcəm. Bura başdan-ayağa antisanitariyadır ki... Tez müdirini bəri çağır görüm!


Müdiri çağırmaq lazım gəlmədi. Sən demə, bayaqdan bu mənzərəni seyr edən müdirin özü imiş. O, şorbanın içindəki milçəyə baxdı, baxdı, sonra gördü ki, müxbir cib telefonu ilə bunun şəklini çəkir, onun əlindən tutdu:


- Qardaşoğlu, doğrudur, bu, bizim yerlərin milçəyinə oxşamır, amma fakt göz qabağındadır. Mən də əvvəllər redaktor olmuşam, faktdan qaçmaq mümkün deyil. O milçəyin haqqı nə qədərdir?


- Nə bilim, arvad toya gedəcək, mən də...


- Bildim, redaktora da pul verməlisən...


Müdir üzünü qapının yanındakı kassada əyləşmiş qadına tərəf çevirdi:


- Qonağımıza 150 manat sdaç qaytar, - dedi və mehribancasına əlini müxbirin çiyninə qoydu: - Telefonunun nömrəsini ver, bu yaxınlarda yenidən redaktorluğa qayıdacam, sənin kimi peşəkar müxbirlər mənə çox lazım olacaq...



Создан 22 июн 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com