ШЕКИ - НАБИБЕКОВЫ

Hamıdan öyrənməliyik

Müəllif: Hidayət Elvüsal



Ona görə öyrənməliyik ki,  dünya  gör-götür dünyasıdır. Görmürsünüz, deputatlar da hər iclasda, yığıncaqda deyirlər ki, filan məsələ Amerikada belə həll olunur. İngiltərədə, elə Fransada elə-belə. Yəni ki, biz hamıdan öyrənməliyik, görüb-götürməliyik.


Mən də bunun qızğın və lap çılğın tərəfdarıyam. Məsələn, soyuqqanlı ingilislərdə o qədər görüb-götürməli şeylər var ki, gəl görəsən. Bu mədəni, arıq, sapsarı ingilislər görəndə ki, avtobusda biri o birisinin cibinə girir, veclərinə də almırlar. Çox yaxşı başa düşürlər ki, o şey ki, mümkündür, baş verə bilər. Bəs biz neynəyirik? Bir də görürsən camaat yığışıb kiminsə başına. Nə var, nə var, bir qadın xeylağını ya döyüblər, ya da bıçaqlayıblar, ya da məsələn, uzaqbaşı söyüblər. Nə olsun, balam? Adamı söyərlər də, döyərlər də, hələ yıxıb qarnının üstünə də çıxarlar. Niyə gözlərinizi bərəldirsiniz?


Yaxud götürək cavanlarımızı, bir də  görürsən ki, bağın, bulvarın, parkın qaranlıq, gizli bir yerinə çəkilib eşqbazlıq eləyirlər. Polislər də onları güdür-güdür və öpüşən kimi «Ahhaaa!» deyib kəsirlər başlarının üstünü. Məşuqun yanındaca aşiqdən iyirmi-otuz manat  qapazlayıb öpdüyünü burnundan gətirirlər. Yaxşı eləyirlər polislər. Çünki bizim cavanlarımız fransızlardan öpüşmək mədəniyyətini öyrənməyiblər. Əzizim, fransızlar günün günorta çağı  küçənin ortasında, metroda, avtobus dayanacağında  hamının gözü qabağında sarmaşıq kimi bir-birinə sarılıb doyunca öpüşürlər. Nə polis yaxın gəlir, nə də jandarma. Çünki, bizimkilər kimi özlərini qaranlığa verib oğurluq vüsal üçün polislərə iyirmi-otuz manat rüşvət vermək istəmirlər.


Yaponlar, yaponlar… Ah, bu qıyıqgözlər. Gör nələr düzəldirlər? Ona görə düzəldirlər ki, nə qoyun ətini, nə mal ətini, nə də toyuq ətini bizim qədər yemirlər. Vaxtı ilə mal-qoyun ətindən o qədər tıxmışıq ki, başımız «priboy» işləyir. Amma yaponlar nə əti yesələr yaxşıdır? Qurbağa! Ona görə də başları kompüter kimi işləyir. İstədiklərini də düzəldirlər, istəmədiklərini də. Çünki qurbağa ətində  elə sehr və hökm var ki, bircə şiş yeyən kimi cibəgirən robot icad eləmək olur. Tutulanda da cəhənnəmə tutulsun, təzəsini düzəlt və burax camaatın canına.


Bax belə, ay mənim əzizlərim, gözlərimin işıqları, biz çox geri qalmışıq. Ən mədəni, inkişaf etmiş xalqların, ölkələrin belə gözəl keyfiyyətlərini qoyub, axmaq-axmaq, lazımsız işlər görmək istəyirik. Məsələn, camaatı dubinka ilə döyürük ki, ağıllansın, sözəbaxan, başıaşağı, əliyuxarı olsun. Halbuki, ingilislər kimi soyuqqanlı olsaq, fransızlar kimi küçədə öpüşsək, yaponlar kimi qurbağa yesək, bizimkilər nə çörək istəyərlər, nə də tətil-filan edərlər. Ölkəmiz də gündən-günə çiçəklənər. Bu elmdən, mədəniyyətdən, yeni islahat texnologiyasınlan, təbiətin mühafizəsindən, hüquq normalarından, kompüterləşdirmədən, nə bilim nədən, nədən və nədən bir şey çıxmaz, bacıoğlu.

Modern.az



Создан 22 июл 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com