ШЕКИ - НАБИБЕКОВЫ

Müqəvva

Müəllif: Hidayət ELVÜSAL



Bu vəzifə hər bir adamın boynuna biçilmir. Onu axtarırlar, seçirlər, bəyənirlər və birdən hopp götürüb qoyurlar bir vəzifəyə. Deyirlər ki, otur burda, tərpənmə. Nə desələr onu yerinə yetirir. Misal üçün, kağızlara qol çək, iclaslara get, xaricdən, ordan-burdan gələn qonaqları qarşıla. Aylığın da filan qədər. Beləliklə, bəzi-bəzi yerlərdə, vəzifə başında, stol arxasında, katibədən bir qədər aralıda müqəvvalar əyləşir. Rusca onlara deyirlər: «podstavnoye litso».

 

Müqəvvalar səliqə ilə geyinirlər, ətirlənirlər, ütülənirlər, gülümsəyirlər və dişlərini ağartmaqla məşğul olurlar. Orda-burda baş verənlərdən xəbər tutmurlar. Çünki müqəvvadırlar. Müqəvva tərpənmir, eşitmir, dinmir, danışmır, ölüdür. Ölü olmasına görə hər ay haqq alır. Dirilsə öldürərlər. Səbəbi də olar ki, maşın vurub, lükə düşüb, zəhərlənib, soyuqlayıb… Bir sözlə, indiyə kimi onların quduranını, yolunu azanını, sirri açanını necə eləyiblər, elə.

 

Vallahi adamlar var ki, orda-burda beş-altı müqəvva otuzdurub. Məsələn, restoranda, benzindoldurma stansiyasında, mehmanxanada, araq-çaxır sexində, bir sözlə, harda pul var, orda. Əvvəllər belə sahibkarlara deyirdilər «sexovşik», yəni gizli iqtisadiyyat yiyəsi. İndi isə «milli burjuaziya». Beynəlxalq ölçülərə salsaq, «mafioz». Bunlar imkanlı, qorxulu tiplərdir, mütləq hakimlərdir, arxaları çox-çox yuxarılara bağlıdır.

 

Müqəvvalar bu mafiozların kölgələridir, kölələridir. Onların başqa gədələri də var - pulaparan, malgətirən, şilləvuran, şantaj edən və s. Bəzi vəzifə sahiblərinin xərcini çəkib üzüyuxarı itələyənlər də onlardır.

 

Müqəvvalar qəfil bəlaların qurbanları olurlar. Həmin o mafiozlar qalır kənarda, cüzi  payın çatısını boğazına keçirən bu müqəvvaları sürüyürlər məlum yerlərə. Əgər mafiyanın  gücü çatsa, yuxarıların ürəyi olsa, onları təzədən alıb qoyurlar özgə yerə. Yoox əgər fikir, məqsəd ayrı cür olsa göz eləyirlər ki, «infarktdan ölüb». Və müqəvvaların bəziləri ömrünü dəmir barmaqlıq arxasında tapşırırlar mafiozlara.

 

Müqəvvalar bu minvalla yaşayırlar, ölürlər, öldürürlər, amma tərpənmirlər, dinib danışmırlar. Bilirlər ki, onları ittiham edən əslində müstəntiq yox, elə o mafiozların özləridir. O yan-bu yan eləsə onsuz da o söz.

 

Hə… sözümüz o deyil ki, müqəvva belə gəldi, belə getdi, elə mayallaq aşdı. Sözümüz ondadır ki, hər vəzifə başında, stol arxasında gördüyümüz adam «orijinal» deyil, saxta surətdir – müqəvvadır. Onun vəzifəsi, işi-gücü sizin üzünüzə  gülümsəməkdir, qolunuza girib, «tez-tez gəlin» deyib  qapıya qədər yola salmaqdır.

 

Ayy sağ olun! Yadınıza düşdü onlar kimlərdir, harda, hansı vəzifəni  ifa eləyirlər?  Arxalarında dayanan klanları, mafiozları da tanımaq istəyirsiniz? Ağ eləməyin! Zilə çıxmayın! Bu zəncir çox uzundur. Biz balaca adamlarıq, nə karəyik ki, zəncirin bütün həlqələrini görə bilək.

 

O həlqələrini ki, keçib boğazımıza, nəfəsimizi kəsir…

Mənbə: Modern.az



Создан 27 июл 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com