ШЕКИ - НАБИБЕКОВЫ

Əllərə baxın

Müəllif: Hidayət ELVÜSAL



Əllər cürbəcürdür – təmiz, natəmiz, uzun, gödək, dolu, boş…


Təmiz əllər qabarlı olur. Yarıqlarına arabir mazut, torpaq da dolur. Onlar güclüdür, möhkəmdir, amma… heç yerə çatmır. Nə böyüklərin ətəyindən tuta bilir, nə də restoranların qapısını açır.


Natəmiz əllər ağappaq, yumşaq, ətirli, pulludur. Bu əllər alır, verir, qol çəkir, böyük-böyük adamların əllərini sıxır. Bu əllər təmiz əllərdən sonuncu tikəni oğurlayır. Bu əllər Vətəni, milləti, torpağı, bircə imza ilə satır.


Uzun əllər onun-bunun süfrəsinə, cibinə, ölkəsinə uzanır. Bu əllər hökmlü, güclü dövlətlərin bədənində olur. Bu əllər hələ də bizim boğazımızdan, yaxamızdan yapışıb, buraxmır ki, buraxmır.


Titrəyən əllər yaltaqların, qorxaqların, üzüqaralarındır. Böyüklərin qarşısında bellərini ikiqat əyənlərin əlləri payız yarpağı kimi əsir. Bir də… xəsislərin belə əlləri var. Bircə manat pulu çıxanda, canını ondan əvvəl tapşırır…


Dolu əllər rüşvətxorlarınkı, oğrularınkıdı. Onlardan  pul, pay-püşk əskik olmur. Dolu əllər təmiz əllərin qənimidi. Dolu əlləri təmiz əllər doldurur.


Boş əllər… hə, bax bunlar yaman çoxdur. Qabarlı  əllərdən tutmuş, təmiz əllərə kimi hamısı boşdur. Natəmiz əllərdən üzülən bu əllər başı öz arasına alıb gecə-gündüz xiffət eləyir. İşləməkdən, qurmaqdan, qəpik saymaqdan qabar bağlayıb. Natəmiz, uzun, titrəyən, dolu əllər bu əllərin hesabına yaşayır və həm də bu əllərdən qorxurlar.


Qorxurlar ki, günlərin birində boş əllər o biri əllərin arxasını yerə qoyub, yapışalar onların sahiblərinin boğazından və deyərlər «Zilli sultan, bura say, döyüb aldıqlarını…»


Boş əldə çox şey görünə bilər. Məsələn, kəndir, silah, çomaq, daş. Və başqa əllərin heç biri bu əllərin zərbəsindən bir də natəmiz olmaz, uzana bilməz, dolmaz, titrəməz.


Çünki bu əllər xalqın əksəriyyətinin əlləridir. Bu əllər kişi əlləridir!

Mənbə: Modern.az



Создан 27 июл 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com