ШЕКИ - НАБИБЕКОВЫ

“Centlmenlər”

Müəllif: Hidayət Elvüsal



Onlar bizə oxşamırlar. Səliqəli, ehtiyatlı, vəzifəli adamlardır. Özlərindən də həmişə ətir qoxusu gəlir. Əllərini şalvar ciblərinə yox, pencək ciblərinə salarlar. Kabinetin ortasına qədər gəlib səni qarşılar, sonra çay gətizdirər, elə danışar ki, eləyəcəyin şikayəti, xahişi dilinə gətirə bilməzsən. Onlar adətən gülümsəyirlər. Tez-tez görünmədiyin üçün səni danlayırlar.

 

“Centlmenlərin” üzünü cırmaqlasan da sənə güldən ağır bir söz deməzlər. Yüngülcə məsləhət verərlər: “Sizi başa düşürəm, əsəbləriniz yerində deyil. Gedin, istirahət edin və imkan tapanda gəlin əməlli-başlı danışaq”. Bayıra çıxan kimi iki-üç qoluzorlu səni əzişdirər, söyüb biabır eləyər. Çünki onlar centlmen deyillər, şilləvurandılar. Sən də düşərsən xəstəxanaya və “centlmen”in dediyi vaxtda onun yanına gələ bilməzsən. Hər şey bununla bitər, qurtarar.


Əsl centlmenlər dedikləri sözün üstündə dururlar. Məsələn, günlərin birində gecə vaxtı bir centlmen dul qadının qapısını döyür:


- İcazə verin sizdə gecələyim. Maşınım xarab olub, hava da soyuq.


- Nə danışırsınız? Mən sizi tanımıram. Özüm də təkəm.


- Narahat olmayın, mən centlmenəm!


Qadın onu içəri buraxır. Süfrə açır. Yeyib-içirlər. Hətta o centlmeni rəqsə dəvət eləyir, boynunu qucaqlayır, ayıb olmasın, öpür də. Sonra yanaşı çarpayılarda yer salır. Yatırlar. Centlmen o saat yuxuya gedir, xanım isə ha öskürür, ha səs-küy salır, amma…


Səhər açılır. Centlmen yuyunub pəncərəyə tərəf gəlir. Görür ki, həyətdə cəmi üç-dörd toyuq var. Amma xoruzların sayı iyirmidən çoxdur. Gülümsünür:


- Xanım, sizin nə çox xoruzunuz var?


Xanım onun yanına gəlir. Həyətə baxır və hirsindən boğula-boğula deyir:

- Orada cəmi bir xoruz var. Qalanları centlmenlərdir…


…“Centlmenlər” şüşə kimi olurlar. Azca toxunsan sınarlar. Amma natiq olurlar. Bütün hərəkətləri ölçülü-biçili, yerişləri də bir özgə cürdür. Gülümsəyirlər, qazanırlar, yaşayırlar. Amma...


Kişi ola bilmirlər. Kişi olmaq üçün geydirmə yox, əsl CENTLEMEN olmaq lazımdır.


Mənbə: Modern.az


 



Создан 25 авг 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com