ШЕКИ - НАБИБЕКОВЫ

"Kişilər"

Müəllif: Murad Nəbibəyov



         Bu yaxınlarda Bakının Mərkəzi Univermağının divarında adı məlum olmayan bir miqrasiya təşkilatı tərəfindən yapışdırılmış elan diqqətimi cəlb etdi. Adi kağız parçasında insanlara belə bir "məsləhət" verilirdi: "Yaxşı-yaxşı düşün, sonra Vətəni dəyişdir…"

…Belə çıxır ki, düşünüb Vətəni dəyişdirmək olar?! Özü də yəqin ki, həmin miqrasiya təşkilatının rəhbərlərinin "bığınin altından keçməklə…"


Statistika və...


Dövlət Statistika Komitəsinin verdiyi məlumata ğörə, Azərbaycanın əhalisi artıq 8,4 milyon nəfərdən çoxdur. Lakin son illərədək soydaşlarımızın kütləvi şəkildə ölkəni tərk etdiklərini nəzərə alsaq, təbii ki, bu rəqəm heç də məmləkət əhlinin faktiki sayını ifadə etmir. Hətta sonuncu dəfə - bir neçə il bundan əvvəl respublikamızda həyata keçirilən "Əhalinin siyahıyaalınma" kampaniyası da ölkə əhalisinin sayını dəqiqləşdirə bilməzdi. Qəribə burasıdır ki, respublikadan xaricə gedən vətəndaşların da dəqiq sayı məlum deyil. Müstəqil ekspertlər öz müşahidələrinə əsaslanaraq, bazar iqtisadiyyatına keçid dövrünə start verildikdən sonra 3 milyona yaxın azərbaycanlının iş tapmaq ümidi ilə Vətəni tərk etdiyini bildirirlər. Son illərdə isə artıq onlarda  Vətənə qayıtmaq eşqinin gücləndiyi hiss edilməkdədir.


Amma rəsmi statistika bunu təsdiq etmir. Əslində isə sovet dövrünə nisbətən, ölkəyə giriş-çıxış hazırda daha sərbəst olduğundan müasir texnikanın köməyi ilə gəlib-gedənlərin uçota alınması qat-qat asanlaşıb. Lakin bu hesabatı ictimaiyyətə çatdıran "mexanizm" sovet dövrünün məhsulu olduğu üçün dən qalma olduğu üçün hələlik reallıq kölgədə qalır.    


Soydaşlarımız Rusiyada


Xatırlayırsınızsa 2001-ci ildə Rusiya mətbuatı bu ölkədə 2 milyon nəfər azərbaycanlının yaşayıb-işlədiyi barədə məlumat vermişdi. Lakin Moskvanın "Teatr mərkəzi"ndə baş vermiş məlum hadisədən Sonra həmin göstəricinin təkcə Moskva şəhərinə aid edildiyi barədə (500 min nəfərin rəsmi qeydiyyatda olmaq şərtilə) bəyanatlar səsləndi.

Deməli, belə çıxır ki, bütün Rusiyada yaşayan soydaşlarımızın sayı daha çoxdur.

Əgər azərbaycanlıların miqrasiya etdikləri ölkələr arasında adı hallanan Türkiyə, Almaniya, Hollandiya, Birləşmiş Ərəb Əmirliklərində də kifayət qədər azərbaycanlı olduğunu nəzərə alsaq, onda respublika əhalisinin yarısından çoxunun mühacirətdə olduğuna heç şübhə qalmır(?!)    

 

Xaricdə yaşayan soydaşımız Azərbaycanlı deyil?..


Bir neçə il qabaq Bakıda keçirilən "Qadın miqrasiyası: hüquqi aspektlər və Problemlər" mövzusuna həsr olunmuş dəyirmi masada Əmək və Əhaliin Sosial Müdafiə Nazirliyinin Miqrasiya Idarəsinin rəisi Rauf Tağıyevin çıxışından bir hissəni xatırlatmaq istəyirəm: "Tez-tez mətbuatda göstərilir ki, 2 milyon Azərbaycan vətəndaşı Moskvadadır, 6 min qadın isə nə bilim haradadır(?). Tam məsuliyyətlə deyirəm ki, bunu deyənlərin heç biri sübut edə bilməz ki, onlar 5 nəfərdir, yoxsa 5 min nəfər. Məsələn, Hollandiya hökuməti bu günə kimi deyirdi ki, bu ölkədə qeyri-qanuni yaşayan 10 min Azərbaycan vətəndaşı var. Dövlət orqanlarının nümayəndələri isə həmin ölkədə olarkən məlum olmuşdur ki, Hollandiya hökumətinin təqdim etdiyi 10 adamdan yalnız biri azərbaycanlıdır, 7-si isə ümumiyyətlə Azərbaycan vətəndaşı deyil. Əlavə şərhə ehtiyac varmı?


Düzdür, heç biz də bu gün vətəni tərk etmiş soydaşlarımızın dəqiq sayını deyə bilmərik. Bunun üçün, sadəcə istinad etməyə mənbə və sübut edilmiş faktlar yoxdur. Amma xarici ölkələrdə yaşayanlarımızın ən azı 2 milyon nəfərdən çox olduğunu da sübut etməyə ehtiyac yoxdur.


Əslində məni  düşündürən heç də bura qədər sadaladıqlarım deyil. Mən istərdim ki, dünya dövlətlərində yaşayan həmyerlilərimizin sayı indi olduğundan qat-qat çox olsun. Azərbaycan lobbisinin, diasporunun əcnəbi ölkələrdə daha da inkişaf edib böyüməsi bizim yalnız xeyrimizə ola bilər. Məni düşündürən tamamilə başqa məsələdir - Azəri qızlarının, qadınlarının kütləvi sürətdə xaricə üz tutmaq həvəsi və bu həvəsin reallaşmasında onlara yardım edən "kişilər"in canfəşanlığı…   

 

"Kişilər"


…Bir dəfə Bakı metrosunda şahidi olduğum bir söhbəti diqqətə çatdırmaq istəyirəm. Vaqonda orta yaşlı bir "kişi" yanında oturan başqa bir "kişi"yə ("kişi" sözünü yalnız onların kişi qiyafəsində olduqları üçün işlədirəm) "iş" təklif edirdi: Bura bax işləyib eləmirsən. Mənim bir tanışım var, Türkiyəyə gedən avtobusda işləyir, şoferin "pomoşniki"dir. Yəqin eşitmisən indi qızları sərhəddən buraxmırlar, amma dostum bu işi necə lazımdırsa təşkil eləyir. Sən adam tap, gətir avtobusun yanına, 100 dollara alsın səndən. Sonrası daha sənlik deyil… 

 

Söhbətin əvvəl nədən getdiyini o dəqiqə başa düşmədim. Anlayanda isə dəhşətə gəldim. Əgər onlar məndən əvvəl düşməsəydilər "iş düzəldən"ə mütləq: "Bəlkə dostun sənin bacını, xalan qızını, yaxud da başqa bir qohumunu tapıb gətirdi, onda necə?" - sualını verəcəkdim. İndi elə bilirsiniz bu "kişi"nin yanındakı "kişi"yə qələmə verdiyi türk avtobusunda işləyən tanışı "kişi" (belələrinə türklər "pəzəvəng" deyirlər) bu işi təkbaşına görür? Xeyr! O da sərhədlərimizdəki "kişi"lərin himayəsindən yararlanır.


Alver  obyektinə  çevrilmiş  qadınlar Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) apardığı hesablamalara görə hər il dünya üzrə cinsi istismar və məcburi əmək məqsədilə 700 min insan qanunsuz olaraq daşınır və alqı-satqı obyekti kimi çıxış edir. Onlar zorən kölələrə çevrilir, varlı insanların şəhvət hisslərinin qurbanı olurlar.


Təşkilatın Azərbaycan missiyasının rəhbəri Yoost Vander  Arlstın açıqlamalarında bildirilir ki, son vaxtlar aparılan tədqiqatlara əsasən, beynəlxalq miqrasiyada daha çox qadınlar iştirak edir və 150 milyon miqrantın tən yarısı məhz zəif cinsin nümayəndələridir. Müəyyən gəlir əldə etmək, gender problemləri və bərabər hüquqların təmin olummaması qadınların bu növ cinayət qurbanlarına sevrilməsinə imkan yaradır.

Insanları düşündürən bu ağrılı problem bizim ölkəmizdən də yan keçməyib. Xarici ölkələrdə azərbaycanlı qadın və qızların "qədim peşə sahibləri"nə çevrildikləri barədə yetərincə məlumatlar var. Qadınların zorakılığa məruz qalması, onların qazanc xatirinə ölkədən aparılıb əcnəbilərə satılması nə qədər dəhşətlidirsə, bu ticarətin kişilər tərəfindən həyata keçirilməsi daha dəhşətlidir.

Bakı, 2004

 



Создан 25 авг 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com