ШЕКИ - НАБИБЕКОВЫ

O kişilər və bu qadınlar

Müəllif: Hidayət Elvüsal



Xəcalət çəkdik. Doğrudan xəcalət çəkdik. Yaxın Şərqdə, qonşu ölkədə baş verənlər bizi rəzil etdi. İslama ləkə vuran, onu gözdən salan şeytanlar müqəddəs din adından hər cür alçaqlığa əl atdılar.


İŞİD deyilən güruh İraqda, Suriyada işğal etdiyi şəhərlərin, kəndlərin qızlarına, qadınlarına qarşı olmazın vəhşiliyini törətdilər. Azyaşlı qızlara təcavüz etdilər və bunu «Allah buyurub» deyə, əslində kafir olduqlarını gizlətmədilər.


Bu da yetmədi. Qızları dəstə-dəstə bazara, bəli bazara çıxardılar. Satdılar. Və özlərinə müsəlman deyənlərin satdıqları  o müsəlman qızları kim aldı? Müsəlman!


Amma BOP (Böyük Ortadoğu (Yaxın Şərq) proyekti) deyilən yalançı, alçaq niyyətli sonradan üzə çıxdı. Halbuki, özünü bu proyektin həmsədri elan edən Rəcəb Tayyib Ərdoğan dönə-dönə demişdi ki, proyekt demokratiya və qadın azadlığı məqsədi güdür. Əslində isə İslam torpaqlarının enerji və insan qaynaqlarına yiyələnmək istəyini gördük. Qadınlar ən alçaq bir şəkildə təhqir olundu. İnsanlar torpaqlarından didərgin düşdü.

 

Türkiyəni çıxmaq şərti ilə tək bir müsəlman ölkəsi tək bir qaçqın müsəlmanı qəbul etmədi. Avropa isə onları mədəsi tutduğu qədər uddu və udur. Və təhlükənin miqysaını düşünə bilmədən udur. Atası-anası, bacısı, övladı… bu qanlı müharibənin, təcavüzün qurbanı olanlar intiqam hissi ilə yaşayacaqlar.  Çünki belə bir zülmü ABŞ və Qərbin növbəti xaç yürüşü olması danılmazdır.  Bütün bunlar öz yerində.


Və bir də o qadınlar - alçaldılan, təhqir olunan, bazarlarda satılan qadınlar yox, o qadınlar.


Yaxın Şərqdə uzun müddət bir-biri ilə vuruşub gücdən düşən müsəlmanlara son zərbələr vurulur. Fərq etməz, kim hansı tərəfdədir – çayın daşı, çayın quşu. İndi dövrəyə girmək zamanıdır.


O qadınlar dedik. ABŞ-da Hillari Klintonun uzağı 20 gündən sonra prezident elan ediləcəyinə artıq kimsə şübhə etmir. ABŞ Yaxın Şərqi bombalayır.


Və… İngiltərə də bombalayır. Hökumət rəhbəri, baş nazir qadındır.


Almaniya bombalayır – baş nazir qadındır.


Norveç bombalayır – baş nazir qadındır.


Hətta Polşa bobalayır – baş nazir qadındır…


İndi yaranmış siyasi panorama diqqətlə baxın. Bir tərəfdə təcavüzə, təhqirə, hüquqsuzluğa məruz qalmış müsəlman qadınları. O biri tərəfdə güc sahibi olan, buralara bomba yağdıran xristian dünyasının qadınları.


Bəs, deyirik Cənnət anaların ayağının altındadır. Hanı o Cənnət? 


Bəlkə də hamısı bilmir. Amma sirr deyil ki, İŞİD deyilən o lənətlilərin ordusunda ermənilər də var. İrəvanda doğulub-böyümüş birinin şəklini ermənilər fəxrlə yaydılar. Çünki o erməni əsasən türk kəndlərində, türk məhəllələrində törədilən qətliamların başında dururdu.


Başqa bir erməni İstanbulda tutuldu. İŞİD  militanı idi. Gəlmişdi ailəsi ilə növbəti görüşə. Nə qədər müsəlman, türk öldürdüyünü bildirməyə.


Bax belə!


Deyəsən müsəlman kişilərdən daha çox danışdıq. O kişilərdən ki, indi ildə xristian qadınların onların başına od yağdırır.


Və həm də fikirləşirsən – bəlkə bu. Allahın qəzəbidir. O qədər günah eləyən, kafirlərin qol-qola müsəlmanlara zülm edənlər onun qəzəbinə gəliblər.


Yoxsa xristian qadınlar müsəlman kişilərinin başına niyə od ələsinlər ki?!

 

Mənbə: modern.az

 



Создан 24 окт 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com