ШЕКИ - НАБИБЕКОВЫ

Dostlar yeni il qabağı

Müəllif: Hidayət Elvüsal



Dünən dostumuz-qardaşımız, yazıçı-publisist Məzahir Süleymanzadənin ad günü idi. Zəng elədim:

- Qardaş, sən neçənci ildə anadan olmusan?

Məzahir bir xeyli susub, ağır-ağır dilləndi:

- Keçən il qohum-qardaşdan soruşmuşdum. Dedilər ki, 1952-ci ildə doğulmuşam.

- Bəs…

- Bu il soruşmamışam.

- …

 

***

 

Aqil Abbas yenə Vəli Xramçaylı ilə “vurur”. Nəhayət, Aqil yorulur, içmək istəmir. Amma görür ki, Vəli doymayıb, deyir:

- Vəli, sənin o bir poeman var haa…

- Hə!

- Onu oxu, bir araq da gətirdim.

Vəli dilxor olur. Siqaretdən bir-iki qüllab alıb Aqilə baxır:

- Ayə qağa, poema çox uzundu. Gəl sənin o yarım litr arağına bir gəraylı oxuyum “raşşot” olaq.

 

***

 

“Xalq qəzeti”ndəki dostumuz Əlipənah Bayramov mağazada Araz Qurbanovla qarşılaşır. Altdanyuxarı uzunboylu Araza baxır:

- Buralarda neynəyirsən?

- Heç, elə-belə baxıram. Sən nə axtarırsan?

Əlipənah:

- İstəyirəm bu yeni ildə bizim o bəstəboy Tahir Aydınova bir palto hədiyyə edəm. Havalar çox soyuqdu.

Araz:

- Ə, neynəyirsən, xərc-xəsarət çəkib? Mən sənə qəttəzə bir palto verim dəə…

- Necə palto?

Araz paltosunun altındakı pencəyi göstərir:

- Bax belə!

Əlipənah pencəyi ora-bura çevirib, bəyənir:

- Çox yaxşıdı? Nə vaxt verirsən?

- Elə indi?

- Doğrudan?

- Bəs nə?

- Ver də!

Araz pencəyi soyunub, Əlipənaha uzadır:

- Apar dərziyə. Yarım metr qollarımdan, 30-40 santimetr də ətəyindən kəsdirsən Tahirin əyninə görə qəşəng palto olacaq.

 

***

 

- Aqil Abbas, sən bir vaxtlar yaponca öyrənirdin.

- Hə!

- Danışa bilirsən?

- Bəs nə? Çisti 8 söz bilirəm.

- …

 

***

 

Uzun illər “Bi-bi-si”-də çalışan dostumuz Zülfüqar Rüfətoğludan soruşdum:

- Zülü, Avropada da demokratiya, söz azadlığı var, bizdə də. Amma bizdə inkişaf sürətlə gedir. Avropanı bu anlamda nə vaxt ötüö-keçərik?

Zülfüqar gülümsündü:

- Bunun üçün Avropa əvvəlcə dayanmalı. Sonra “zadnı skorus”a verib, sürətlə orta əsrlərə doğru geri-geri getməlidir.

 

***

 

Yox, bu Dostun adını çəkməyək. Eldən-obadan ayıbdır. İşdir də, başına gəlib. Bütün günahlar o Nataşadadır. Yeni ilqabağı Dosta hədiyyəsi onunla görüşməsi olub. Kimsə də Dostun arvadını bunu pıçıldayıb, ünvan da verib. Arvad bircə təpiklə qapını sındırıb içəri girənjə onları yataqda görüb. Fəlakət!!!

- Burda neynəyirsən, ay oğraş?

- Aaz, kim, məni deyirsən?

- Yox! Alabaşı deyirəm!

- Aaz, vallah, heç nə!

- O yanındakı lotu-belə kimdi?

- Kim? Bu? Aaz, lotu-beçə deyil ee…

- Kimdi?

- Snequroçka!

- Kam?

- Aaz, görmürsən? Snequroçkadı dəə.

- Sənin yatağında nə gəzir? Yolka bəziyirsiz?

- Aaz, yox nə yolka? Üşüyürdü, yazığım gəldi. O bir kino var e, oğlan üşüyür, qız soyunub…

…Axşam uşaqlar evə gələndə o qədər sevindilər ki… Yolkanın böyründə bir adam oturmuşdu. Başı-gözü ağappaq bintlə sarınmış, bəzi yerlərə pambıq basılmış. Yanaqları qıpqırmızı…

- Ay ana, bu kimdi?

- Atanızdı! Görürsüz, ondan nə qəşəng Şaxta baba düzəlmişəm?

- Urra… Bəs Qar qız hanı?

- Qar qız, yəni Snequroçka?

- Hə də!

Arvad sinəsini göstərdi:

- O, bu tonqalın üstündən atlayanda əridi…

- …

Mənbə: Modern.az



Создан 25 дек 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com