ШЕКИ - НАБИБЕКОВЫ

Мурад Рустам оглы Набибеков




ŞƏKİ BƏLƏDİYYƏSİ, MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİnin müdiri, "ŞƏKİ BƏLƏDİYYƏSİ" QƏZETİnin baş redaktoru

......M.R.Nəbibəyov 1955-ci ildə Şəki şəhərində anadan olub. 1961-69-cu illardə Şəki şəhər Mirzə Ələkbər Sabir adina 5 saylı səkkizilllik və 1969-71-ci illərdə Şəki şəhər Maksim Qorki adina 10 caylı maktəbdə orta təhsil almışdır. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra o, Şəki 55 saylı Tikinti-Quraşdırma İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. Keçmiş sovet ordusu siralarinda həqiqi hərbi xidmət keşdikdən və 1981-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) qurtardiqdan sonra "Bakı kondisioneri" Elm İstehsalat Birliyinin Bakı Elektrik Ştampları təcrübə zavodunda gənc mütəxəssis kimi mühəndis-texnoloq vəzifəsinə işə qəbul edilmişdir. 1992-ci ilədək həmin zavodda usta, bash usta, sahə və sex rəisi, eyni zamanda, 1988-ci ildə zavodun nəzdində təşkil edilmiş İstehsalat-kommersiya kooperativinin sadri vazifələrində işləmişdir. 1992-ci ildə kooperativ müstəqillik statusu aldıqdan sonra isə 1997-ci ilədək hamin kooperativin sədri olmushdur.
......1997-ci ildən 2005-ci ilədək isə M.R.Nəbibəyov müxtəlif qəzetlərdə çalışmış, o cumlədən "Zaman-Azərbaycan" və "Ədalət" qəzetlərində Sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri, "Kriminal" qəzetində baş redaktorun müavini vəzifələrində işləmişdir.
......M.R.Nəbibəyov 2005-ci ilin mart ayından Şəki Bələdiyyəsində Matbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktorudur.
......M.R.Nəbibəyovun Bakı Elektrik Ştampları təcrübə zavodunda işlədiyi dövrdə buraxılan məhsulun maya dəyərinin aşağı salinmasina və fəhlə əməyinin yüngülləşdirilmısinə birbaşa təsir göstərən yüzədək səmərələşdirici təklifi istehsalatda tətbiq edilmiş, o, iki dəfə "Azərbaycanın ən yaxşi gənc səmərələşdiricisi" adına layiq görülmüşdür.
......Ailəlidir. İki övladı var. Övladlarının ikisi də ali təhsilli mütəxəssisdir.



Обновлен 14 окт 2014. Создан 07 ноя 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com