ШЕКИ - НАБИБЕКОВЫ

Bu da tərbiyəmiz, adamlığımız

Müəllif: Hidayət Elvüsal



O gün sosial şəbəkələrin birində gördüyüm fotoşəkil mədəniyyətimizin, tərbiyəmizin tablosu təsiri bağışladı. Metrodakı qatarda hamilə gəlin ayaq üstə söykənəcəyin qoluna sıxılıb, yol gedir. Böyründəki oturacaqdakı gənclərin necə deyərlər heç tükü də tərpənmir. Heç birinin ayağa qalxıb, mədəniyyət cəhənnəmə, kişiliyi də çatmır ki, o gəlinə yer təklif eləsin.

Sonra yadıma özümüzü öymək üçün başımızdan böyük sözlərimiz düşdü:

- Bizim mədəniyyətimiz…

- Tərbiyəmiz…

- Kişiliyimiz…

- Anamız, bacımız…

- Azərbaycan qadını…

- Birimiz Koroğlunun, o birimiz Babəkin, Həcərin, Nigarın, Qaçaq Nəbinin… daha kimin, hətta qadın gözəlliyini vəsf eləyən Füzulinin, Nizaminin, Vaqifin… nəvələri olduğumuzu deyirik. Və bunu deyərkən ağzımıza çullu dovşan yerləşmir. Real həyatda isə heç keçəl Həmzənin də nəvəsi ola bilmirik. O keçəl bir qadının uğrunda heç olması Qıratı oğurlamışdı. Biz… ayağa qalxıb hamilə qadına yer vermirik.

O Avropanın-zadın mədəniyyətini bəyənmirik haa, özümüzə və onlara baxaq. Fransız kişilər hamilə qadın gördükdə ayaq saxlayır, şlyapasını, ya da başında nə varsa, onu çıxarıb, ana olacaq o insanın qarşısında baş əyirlər. Amma biz öküz kimi oturacağa yayılıb, saqqız… gövşəyirik.

Açıq danışaq – paytaxt Bakı özünün mədəniyyətini, şirinliyini, kübarlığını itirib. Küçədə yerə tüpürə-tüpürə, səsimizi başımıza alırıq. Avtobusda, orda-burda telefonla danışanda dəqiqələrlə bar-bar bağırırıq. Başqalarının hüzurunu pozuruq, zəhləsini aparırıq, bezdiririk. Gənc oğlan, ya da qız, elə yaşlısı da qeybətçi arvadlar kimi 30-40 kilometrlik yolda ağızlarına gələni danışır, telefonu qulaqlarından aralamırlar.

Şəhərin hər yerində zibil qutuları düzülüb. Hər yerində! Siqaretin kötüyünü ya yaşıllığa, ya da iki barmağımızın arasında sıxıb, daş kimi hara gəldi tullayırıq. Gözümüzün qarşısında əlində süpürgə, yan-yörəmizi təmizləyən o qadına hörmət eləmirik. Buna mədəniyyətimiz, düşüncəmiz, zəkamız, adamlığımız çatmır.

Küçələr, nəqliyyat-filan öz yerində. Televiziya ekranlarında belə nə gündə olduğumuzu nümayiş etdiririk. Ha-ha-lar, hi-hi-lər, düşük-düşük söhbətlər, mövzular, gic-gic şeirlər, əttökən rəqslər, ekrana çıxarılan səviyyəsizlər dəstələri… hər gün təkrar-təkrar gördüyümüz şeylərdir. Yox, yox – elə ŞEYLƏR!

Ekranda hərə öz ləhcəsində danışır.

- İndi səndən bir mahnı ALACIX…

“Alacıx” nədi? Birincisi mahnını o yerdə almazlar, dinləyərlər, eşidərlər. Mahnını almaq üçün gedərlər bəstəkarın yanına, pulunu verib, alarlar.

- Səndən bir mahnı alaq!

Və müğənni başlayır oxumağa. Həm də nə oxumağa? 3-4 qız da başlayırlar şit-şit dingildəməyə.

Bunu misal üçün dedik. O ekranlarımız, bu da ümumi həyatımız. “Koroğlunun nəvəsi”nin, o göyçək oğlanın ətəkli sırğası, dodağının pomadası, ənliyi-kirşanı, cırıq şalvarı…

“Babəkin nəvəsi”nin barmağındakı üzüklər, boynunda-boğazında, hətta başındakı nakolkalar.

“Nigarın nəvəsi”nin bakirəliyini ləğvi yolunda çarpışması, ya da “Bir dostdan hamilə qaldım”, “İndiyə qədər sevdiklərimə bir qoz” deyib, ailəli kişidən dünyaya uşaq gətirməsi…

Düz gəlmir axı!

Küçədə-bacada, metroda-avtobusda, ekranda-filanda bir tərbiyə, bir mədəniyyət görmək istəyimiz içimizdə boğulur.

Şəhər, həm də paytaxt şəhər bütün ölkə üçün bir nümunədir. Mədəniyyəti, təhsili, iqtisadiyyatı, dəbi, küçəsi, evi, məktəbi, insanları, ekranı…

Buna görəmi qadına, böyük-kiçiyə, dilə, dinə, səliqəyə, təmizliyə… daha nələrə, nələrə… münasibətimiz kobudlaşıb, bir özbaşınalıq yaranıb.

Sürdükləri avtomobillərin şüşələrində yazdıqlarına baxın:

“3a rulyom Bakinets”

“3a rulyom Yeraz”

“3a rulyom talış”

“3a rulyom lezgin”

Bərəkallah! Bu da elan etdiyimiz bir özgə mədəniyyət. Həmin multukulturalizm qəlpələri. Özü də əcnəbi dildə. Niyə? Çünki, belə şeyləri Şeytanlar istəyir, onlar uydurur. Bu bölücülük təqdimatları oralardan gəlmədir. Milli mədəniyyət, özünüdərk, birlik… korroziyaya uğrayır.

…Yenə metroda, ayaq üstə yol gedən hamilə qadın yadıma düşdü. Ona qarşı biganəliyin, hörmətsizliyin, qeyri-insani hərəkətin haralardan gəldiyini az bir qismindən danışdıq.

Və o qədər danışmışıq ki…

Az qalmışdı mən də yazım ki, “Avtor statyi Kelbadjerete”.

Mənbə: Modern.az



Обновлен 20 мар 2017. Создан 27 ноя 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com