ШЕКИ - НАБИБЕКОВЫ

Arvadı necə döyməli... (Bu, bir tragikomediyadır)

Müəllif: Hidayət Elvüsal



“Arvadı döymək, ehtiyacı olan xəstəyə dərman vermək kimi gözəl bir işdir”.


Yox, mən demirəm. Bunu Türkiyədə “Ailə səadəti” adlı kitabını yazan yekəbaş deyir. Və kitabın sağına-soluna nəzər salanda görürsən ki, arkadaş arvaddöymə texnologiyası üzrə böyük, yəni eşşək boyda bir mütəxəssisdir. Həm də çox xeyirxahdır - kitabı ailələrə pulsuz paylayıb. Elə gözəl sözlər yazıb ki…


“Arvadı döyərkən, dəmir və küt alətlərdən istifadə etmək məsləhət deyil”. Maşallah! Ölkə dinc, məzhəbçi dövlətə çevrildikcə, qanun-qaydaları da nizamlanır. Yəni müəllif sonra deyir ki, dəmir və küt alətlə döyülən arvadın (yəni qadının, ananın) bədənində ağır xəsarətlər meydana gələ bilər. Salın şillənin, təpiyin altına, dəli inək balasını çığnayan kimi çığnayın. Çıxın qarnının üstünə, nə yemisən, turşulu aş fəlsəfəsi ilə çırpın, “o xəstəni ki, dərman canına yaxşı yayılsın”.


Sonra nə deyir bu “Ailə səadəti”nin müəllifi? Deyir ki, daha doğrusu yazır ki, arvadın üz-gözünə zərbə endirməyin. İzi qalar, göyərər və iştahınız pozular. Həm də görüb eləyən olar.


 “Arvadı döyərkən qonşuların bilməməsi, onun səsini eşitməməsi şərtdir. Hər şey gizli olmalıdır. Döyülən arvad “dərmanı” qəbul edəndən sonra qonşularla gülərüz görüşməlidir. Hamı onu xoşbəxt saymalıdır.


Və ən mühüm maddələrdən biri: “Arvadın ayıb (!) yerlərinə zərbə vurmamalı”. Oxxayy! Yəni iki cür mənası var - birincisi “burnundan gələr”, ikincisi “istifadə elədiyin yollara tikan əkmə”.


Çox şey yazılıb, çox! Elə şeylər yazılıb ki, desəm… Yox, deməyim. Amma deyiləcək sözlər var.


Niyə bu günə gəldilər? İmam-xətib məktəblərində, yəni dini təhsil ocaqlarında cinsi təcavüzə məruz qalan azyaşlıların sayı yüzlərlədir. Gizli də deyil. Müxalifət də, iqtidar da bunu etiraf edir. Uşaq olan qızların, dünyaya uşaq gətirməsi, yəni zorla evləndirilməsi adi hal alıb. Nurəddin Yıldız adlı bir ağzı… (lənət şeytana!) dualı deyir ki, 6 (altı) yaşlı qız uşağına nikah kəsdirmək olar. Ölkənin düçar ola biləcəyi faciə bu! “Həmsədri olduğumuz “Genişləndirilmiş Yaxın Şərq proyekti” həm də qadın azadlığını (?!!) təmin etmək üçün yaradılıb” - deyən uzun adamı niyə danırlar. Ölkəsindəki bu faciəni görmək istəməyən, başqa ölkələrin qadınlarına hansı azadlığı verəcəkdi?


Elə bu günün statistikaları dəhşət doğurur - “imam-xətib” məktəblərində yüzlərlə azyaşlının zorlanması, digər təhsil ocaqlarında da eynidir. Bəzi imamlar, müəllimlər azyaşlı qız ovundadırlar. Hər il yüzlərlə qadın ərləri, sevgililəri tərəfindən öldürülür. Cinsi təcavüzə məruz qalmış on minlərlə azyaşlı qız və hətta oğlan uşaqları ölkə üçün bir SOS siqnalıdır.


Eşidən varmı?


Yoxdur! Niyə? Çünki dini dövlətə çevrilməkdə olan ölkədə “Ailə səadəti” kimi bir sadizm ədəbiyyatı iqtidarın razılığı ilə yayılır.


Və deyəndə ki, niyə o ölkədən bu qədər yazırsınız, cavabı çox sadədir - biz o ölkədən çox nümunələr götürmüşük. Bunları götürməyək deyirik.


Çünki bu ölkə, artıq o ölkə deyil. Burada “Kosmosu necə fəth etməli” yox, “Arvadı necə döyməli” elmi öyrədilir…

Mənbə: modern.az

 



Создан 20 фев 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com