ШЕКИ - НАБИБЕКОВЫ

Tərbiyəli uşaq

Müəllif: Hidayət Elvüsal



O, çox tərbiyəli, mədəni, başıaşağı uşaqdır. Müəllimlərin bir sözünü iki eləmir. Elə o gün direktor onu kabinetinə çağırdı. Tərbiyəli uşaq başını aşağı salıb əlindəki siqareti tüstülədə-tüstülədə içəri girdi.

- Bala, məktəbli siqaret çəkməz, - deyə direktor onu məzəmmət elədi.

O isə zəif səslə dilləndi:

- Baş üstə, müəllim, üzr istəyirəm, bir də belə iş tutmaram.

Halal olsun, doğrudan tərbiyəli uşaq imiş. O saat siqareti tulladı direktorun stolunun üstünə. Sonra da dırmaşıb çıxdı ora və ayağı ilə əzdi. Düşəndən sonra dedi:

- Müəllim, stolun üstünü silim?

- Yox, bala, çox sağ ol.

Tərbiyəli-tərbiyəli kabinetdən çıxdı.

Hələ o gün. Eh, nələr oldu o gün. Evə hörmətli-izzətli qonaqlar gəlmişdi. Tərbiyəli uşaq onları tərbiyə ilə qarşıladı. Atası onu tərifləyəndə qıpqırmızı qızardı. Axı o, həm də utancaq uşaqdı. Atası onu çox utandırmamaq üçün qonaqlara asta-asta deyirdi:

- Mən oğlumdan çox razıyam. O gün dayısı zarafatla dedi ki, güləşsək atanın arxasını yerə vuraram. Sizin canınız üçün dayısına bir toy tutdu ki, gəl görəsən. Dedi ki, dayı, tirbaşlıq eləmə, ağzını… cıraram. İndi fikir verin, siz allah, - deyə atası qonaqlara göz vurub, balasını çağırdı. - Qurban olum, hardasan?

- Burdayam, ata.

- Bura gəl, oğlum.

- Baş üstə!

Ata məmnun-məmnun gülümsünüb fəxrlə qonaqları süzdü.

- Eşidirəm, ata!

- Oğlum, çörəyimiz qurtarıb?

- Bəli, ata, qurtarıb.

- Get, iki çörək al.

- Almıram, ata!

- Niyə, oğul?

- Mən sizin hambalınız-zadınız deyiləm, ata!

- Oğul, qonaq var…

- Nə olsun? Odey o kök əmi eşşək boydadır. O qədər yeyib ki, qarnı partlayır. Onu göndər, getsin.

- Oğul! - deyə atasının dili-dodağı təpimiş halda dilləndi: - O, qonaqdır.

- Qonağa hörmət borcumuzdur, ata. Amma ondan zəhləm gedir, meymuna oxşayır.

- Sənin tərbiyən… tərbiyən…

- Tərbiyəsiz özünsən, ata!

- Ə, köpək oğlu…

- Köpək oğlu sənsən, ata! Tərbiyəsiz-tərbiyəsiz danışma!

- …

- …

Bax belə. Tərbiyəli uşaq atasının tərbiyəsi ilə məşğul oldu. Atası isə yenə hər yerdə onu tərifləyir:

- Mən oğlumla fəxr eləyirəm. Çox tərbiyəli uşaqdır.

Sonra çəkinə-çəkinə oğlunun üzünə baxır.

Qorxur…

Mənbə: modern.az



Создан 14 мар 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com