ШЕКИ - НАБИБЕКОВЫ

Öpüşməyi də bacarmırıq

Müəllif: Hidayət Elvüsal



Dünya gör-götür dünyasıdır. Görmürsünüz, hər iclasda, yığıncaqda deyirik ki, filan məsələ Amerikada belə həll olunur. İngiltərədə elə, Fransada elə-belə.


Mən də bunun qızğın və lap çılğın tərəfdarıyam. Məsələn, soyuqqanlı ingilislərdə o qədər görüb-götürməli şeylər var ki, gəl görəsən. Bu mədəni, arıq, sapsarı ingilislər görəndə ki, avtobusda biri o birisinin cibinə girir, veclərinə də almırlar. Başa düşürlər ki, o şey ki, mümkündür, baş verə bilər. Bəs biz neynəyirik? Bir də görürsən camaat yığışıb kiminsə başına. Nə var, nə var, bir qadın xeylağını ya döyüblər, ya da bıçaqlayıblar, ya da məsələn, uzaq başı söyüblər. Nə olsun, balam? Adamı söyərlər də, döyərlər də, hələ yıxıb qarnının üstünə də çıxarlar. Niyə gözlərinizi bərəldirsiniz?


Yaxud götürək cavanlarımızı, bir də görürsən ki, bağın, bulvarın, parkın qaranlıq, gizli bir yerinə çəkilib eşqbazlıq edirlər. Polislər də onları güdür-güdür və öpüşən kimi “Ahhaaa”! deyib kəsirlər başlarının üstünü. Məşuqun yanındaca aşiqdən iyirmi-otuz manat qapazlayıb öpdüyünü burnundan gətirirlər. Yaxşı eləyirlər. Çünki bizim cavanlarımız fransızlardan öpüşmək mədəniyyətini öyrənməyiblər. Əzizim, fransızlar günün-günorta çağı küçənin ortasında, metroda, avtobus dayanacağında hamının gözü qabağında sarmaşıq kimi bir-birinə sarılıb doyunca öpüşürlər. Nə polis yaxın gəlir, nə də milis. Çünki bizimkilər kimi özlərini qaranlığa verib oğurluq vüsal üçün polislərə iyirmi-otuz manat rüşvət vermək istəmirlər.

 

Yaponlar, yaponlar… Ah, bu qıyıqgözlər. Gör nələr düzəldirlər? Ona görə düzəldirlər ki, nə qoyun ətini, nə mal ətini, nə də toyuq ətini bizim qədər yemirlər. Vaxtı ilə mal-qoyun ətindən o qədər tıxmışıq ki, başımız “priboy” işləyir. Amma yaponlar nə əti yesələr yaxşıdır? Qurbağa! Ona görə də başları kompüter kimi işləyir. İstədiklərini də düzəldirlər, istəmədiklərini də. Çünki qurbağa ətində elə sehr və hökm var ki, bircə şiş yeyən kimi cibəgirən robot icad eləmək olur. Tutulanda da cəhənnəmə tutulsun, təzəsini düzəlt və burax camaatın canına.


Bax belə, ay mənim əzizlərim, gözlərimin işıqları, biz çox geri qalmışıq. Ən mədəni, inkişaf etmiş xalqların, ölkələrin belə gözəl keyfiyyətlərini qoyub, axmaq-axmaq, lazımsız işlər görmək istəyirik. Məsələn, camaatı dubinka ilə döyürük ki, ağıllansın, sözəbaxan, başıaşağı, əliyuxarı olsun. Halbuki, onları ingilislər kimi soyuqqanlı eləsək, fransızlar kimi küçədə öpüşdürsək, yaponlar kimi qurbağa yedizdirsək, nə çörək istəyərlər, nə də tətil-filan edərlər. Ölkəmiz də gündən-günə çiçəklənər.


Bu elmdən, mədəniyyətdən, yeni istehsalat texnologiyasından, təbiətin mühafizəsindən, hüquq normalarından, kompüterləşdirmədən, nə bilim nədən, nədən və nədən bir şey çıxmaz, bacıoğlu.

 Mənbə: Modern.az

 



Создан 19 мар 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com