ШЕКИ - НАБИБЕКОВЫ

“Milyonerlər məhəlləsi”ndə toy

Müəllif: Hidayət Elvüsal



Ağız deyəni qulaq eşitmirdi. Oxuyan da Faiq deyildi, Ramiq idi. Xırıltılı səsi mikrofondan süzülüb, qulaqları deşirdi.

- Sən öləndən çəkilib yuxum, ay ana,

Elə bil dünyada yoxum, ay ana.

Göz yaşına dönüm, axım, ay ana,

Yanağın islansın çiçəklər kimi…

Bayaqdan bəri bunları dinləyib, ağlayan arvad dizlərinə döydü.

- Xalan ölsün, xalan ölsün!

Elə bunu demişdi ki, müğənni “A Bağdagül, Bağdagül, Bağdagül” deyib, şıdırğı bir mahnıya keçdi. Həmin arvad da salfetlə gözlərini yaşını silib, atıldı meydana. Oynadı haa… Bəs eləmədi, ürəyi soyumadı, ayaqqablarını çıxarıb, yalın ayaqları ilə atılıb-düşdü…

Əlbəttə, toyda yaxşı vəzifə sahibləri də vardı. Özləri dartıb, oturmuşdular arvadlarının yanında. Amma araq yavaş-yavaş öz işini görürdü. Qalstuklar bala-bala boşalır, sifət qızarır, dişlər ağarırdı. Bir az da keçdi. Və… toy başlandı. Müdirlər, şöbə rəisləri… köməkçilər “Canxanadır, cancana”nın sədaları altında əyrim-üyrüm hərəkətlərlə oynaşırdılar (hə - oynayırdılar yox, oynaşırdılar).

Arvadları qəsdən sinələrini, qulaqlarını, əllərini az qala kameraya soxub, qır-qızıllarını, brilyantlarını göstərirdilər. Məclis od tutub, yanırdı.

Və o vəzifə sahiblərindən biri mikrofonu ələ keçirdi. Danışırdı, amma qulaq asan kim idi?

- Mənim toyum olanda, gecə bizim bu arvad məni gəlin otağına buraxmırdı.

Arvadı yanındakının qoluna toxundu:

- Aaz, yalan deyir. Utandığından gəlmirdi. Axırda yengə boynunun kökündən basıb içəri saldı. İçəri girən kimi də qayıtdı ki, bıy sən burda nə gəzirsən?

Kişi danışırdı:

- İndi Allaha şükür, nəvəmiz də var. Özü də məndən yaxşı maşın sürür. O biri dədəsindən öyrənib, - deyə zarafata keçdi, - Yadınızdadı, dədəsinin bir eşşək arabası vardı.

Arvadı od götürdü. Yanındakına:

- Yenə mənim dədəmin bir eşşək arabası vardı. Bunun dədəsinin heç bircə biti də yoxuydu. Elə bizim mal-heyvanı otarıb, bunları saxlayırdı.

Cavanlar da oynayırdılar. Yəni arvadlar demişkən “dans” edirdilər. Və iki qadın bərk müzakirəyə keçmişdilər:

- Aaz, məni qınama, sənə bir söz deyim.

- De!

- Vallah, bayaq sənin qızın tualetdə siqaret çəkirdi.

Qızın anası qızardı, amma özünü tez topladı:

- Uyy, bilirsən xalası, dünəndən bəri dişi ağrıyır anası ölmüşün. Dərman da içən deyil. Bayaq dedilər ki, siqaret diş ağrısını…

- Aaz, o günü də belə səndələyə-səndələyə gəlirdi. Piyan adama oxşayırdı.

- Uyy az, yox canın üçn! Təzyiqi qalxıb balamın, evə güclə gəlib çıxıb.

- Bəs, o avariya məsələsi nəydi?

- Bax, xalası, o restoranın yanından dönəndə maşın ağaca dəyib. Denən niyə?

- Niyə?

- Vallah heç niyə! Bu Hacıbala Abutalıbov qəsdən gətirib orda ağac-zad əkib.

- Harda?

- Mənim qızımın yolunda. Nədi-nədi, mənim qızım pavarot eləyəndə, o ağcların birinə…

- Aaz, o ağaclar əkiləndə sənin qızın inqə deyirdi. Bax, indi ona bax, ona. Göbəyi görünür. Ayıb deyil, qız uşağıdı. Bir evdə denən dəə.

- A bajı, indiki cavanların nəyi varsa…

- Göstərməlidirlər?!

- Yox e, o paltar düzəldənlərin evi yıxılsın. Şalvarı cırıb satırlar, qovtanı da belə gödək.

Birdən musiqiçilər tərəfdə ara qarışdı. İki gənc mübahisə edirdi:

- Mən səndən qabaq zakaz vermişəm. Onu oxusun, sonra gəl de sözünü.

- Məndən qabaq gəlib nə qədər vermisən? Əlli manat! Mən iki yüz dollar vermişəm.

- Ə, pula qalsa bu saat min dollar da verərəm. Söhbət bunda deyil.

- Yox, söhbət elə bundadı!

Oğlanlardan biri, əlini cibinə salıb, 10 ədəd 100-lük dollar sayıb, müğənninin cibinə basdı:

- Gəla! Oxu! Denən apardı sellər Saranı.

- Ə, dayan e, min dollar verib, Saranı selə atma.

- …

- …

Qızlar xısınlaşırdılar:

- Evə gedəcəksən?

- Yox, əşi! Səhərə qədər ordakı kafedə olacağıq. Sən evə?

- Bilmirəm! Papanı güdürdüm. Az içdi. Evə çatanda məni soruşacaq.

- Denən də, elə indi de ki, palruqalar bir yerdə məclis keçirəcəyik.

- Toydan sonra nə məclis?

- Toydan sonra nağara olmaz, amma məclis olar!

Başqaları da vardı. Qız:

- Niyə susursan?

- Nə deyim?

- Toydu də, hamı şənlənir.

Oğlan başını buladı:

- Bizimkilərin şənlənməsi sadəcə olaraq dəhşətdir, fəlakətdir.

- Döz dəə, mən dözürəm ki!

- Elə danışma, sən də dözmürsən! Hamı özünü göstərir. Biri pulunu, biri qızılını, biri səviyyəsini, o biri göbəyini…

- Yaxşı də! İstəyirsən dur gedək.

- Hara!

- Evə! Sabah imtahanın yoxdu?

- Var! Sənin də imtahanın var. Gedək!

Onlar ayağa qalxanda, bayaqkı arvadlardan biri üz-gözünü turşutdu:

- Bıy, bıy, bıy, bunlara bax! Külü qoyum başınıza! Ağıllı çıxıblar. Bizi bəyənmirlər.

- Təzə nişanlanıblar.

- Gədə o qədər oxuyub ki, gözlüksüz gəzə bilmir. Bizim uşağın imtahanında heç xəbəri olmur. Papası adam göndərir, qiymətlərini yazdırır.

- Onun atasını pulu yoxdu.

- Aaz, niyə yoxdu?! Bizlərdən də varmıdılar. Uşaqları da bu gündə. Gədə Amerikada medal alıb. Qız da o böyük təqaüd.

Birdən o biri qadın çığırdı:

- Uyy aaz, qızın nağaraçalanı döyür…

- Aaz, mənim qızım o müğənninin belinə minəndi. Bu zadın qızıdı, o … şöbə müdirinin…

 

Mənbə: modern.az

 



Создан 30 апр 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com