ШЕКИ - НАБИБЕКОВЫ

Qara paltarlı qadın

Müəllif: Ramiz RÖVŞƏN



Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstə ağlamağa
Bir qara paltarlı gözəl qadına ümidi var.

 

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

 

Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb, deyəcəksən: İlahi!
İllər boyu ağlatdığım bu qadın,
Görən necə saxlayıbdı bu qədər göz yaşını?!

 

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axi dərd vermişəm,
İndi görən, niyə çəkir dərdimi?

 

Bu qadın baş daşımı öpüb, sığallamaqdansa,
Yumruğuyla döysə - döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa
Məni söysə, yaxşıdı.

 

Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi.
Baş daşımı bəsdi basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama…

 



Создан 17 мая 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com