ШЕКИ - НАБИБЕКОВЫ

Rüstəm Hüseyn bəy oğlu Nəbibəyov




Rüstəm Hüseyn bəy oğlu Nəbibəyov

Rüstəm Hüseyn bəy oğlu Nəbibəyov  

 

Nəbibəyov Rüstəm Hüseyn bəy oğlu (26 yanvar 1923 — 1 avqust 1987) - Azərbaycan pedaqoqu, tanınmış rus dili və fizika-riyaziyyat müəllimi. Məşhur Nəbibəyovlar nəslinin nümayəndəsi. 

 

Rüstəm Hüseyn bəy oğlu Nəbibəyov 1923-cü il yanvarın 26-da Şəkidə anadan olmuşdur. Atası podpolkovnik (1920-ci ildə qırmızı ordunun Azərbaycanı işğal etdiyinə qədər polkovnik) Hüseyn bəy Nəbibəyov və əmiləri polkovnik Bəhram bəy Nəbibəyov, kapitan Vahid bəy və kapitan Zahid bəy 1930-cu ilin aprelində sovet quruluşuna qarşı aparılan mübarizənin fəal iştirakçıları olduqlarından bolşeviklər tərəfindən repressiyaya məruz qalmışlar. Polkovnik Bəhram bəy 1930-cu ildə Şəkidə sovet quruluşuna qarşı baş vermiş silahlı üsyanın rəhbərlərindən biri olmuşdur. Böyük qardaşı Tamerlanın da hökumətə qarşı etdiyi çıxışlara görə qırmızılar tərəfindən öldürüldüyü bildirilir. Üç uşaqla tənha qalan anası Göyçək xanım Tahirbəyova ailənin dolanacağını təmin etmək üçün Şəkidəki uşaq evində tərbiyyəçi-müəllim işinə düzəlir. Sonralar təhsili və savadı imkan verdiyindən onu həmin müəssisəyə müdir vəzifəsinə irəli çəkirlər.


Fəaliyyəti

 

Uşaqlar böyüdükcə ailədə təlabat artdığından 1938-ci ildə bütün dərslərdən əla qiymətlər alan, rus dili, fizika və riyaziyyat fənlərindən fövqəlsavada malik səkkizinci sinif şagirdi balaca Rüstəm işləmək qərarına gəlir. Ona oxuduğu, Azərbaycanın ən qədim təhsil ocaqlarından biri olan 5 saylı orta məktəbdə yuxarı siniflərdə müəllim işləmək təklif olunur və o bu işin öhdəsindən layiqincə gəlir. 1940-cı ildə orta məktəbi bitirdikdən sonra R. Nəbibəyov 1942-ci ildə Şəkidəki ikiillik Müəllimlər İnstitutunu, daha sonra isə Bakıda ADU-nun mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurur. Yüksək biliyə və intellektual səviyyəyə malik Rüstəm müəllim özü də repressiyaya məruz qalmış, bəy ailəsinin övladı olduğuna görə müxtəlif təzyiqlərlə üzləşmişdir. Uzun illər ərzində çalışdığı elmi işinə də müsbət rəy ala bilməmişdir. Lakin bütün bunlara baxmayaraq, o, böyük həvəslə gənc nəslin əsl türk övladı kimi yetişməsi üçün əlindən gələni əsirgəməmişdir. 1959-cu ildə görkəmli dövlət xadimi İmam Mustafayevin təşəbbüsü ilə Nazirlər Kabinetində məsul vəzifəyə təyin edilən R.Nəbibəyov müəllimlik peşəsinə daha cox bağlı olduğundan Sov.İKP üzvü olmadığını bəhanə gətirərək həmin işdən öz xahişi ilə azad olunub yenidən Şəkiyə qayıdır. Uzun illər rus dili və ədəbiyyatı fənnini tədris etməyinə baxmayaraq, bu sahədə ali təhsili olmadığından 60-cı illərdə o, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunun qiyabi şöbəsinə daxil olur. Buranı da əla qiymətlərlə başa vurub üçüncü diplomunu alır. Müxtəlif vaxtlarda Şəki şəhər Xalq Maarif Şöbəsində təlimatçı və inspektor vəzifələrinə təyin edilsə də, hər dəfə öz xahişi ilə işdən çıxıb və məktəbdə işləməyə üstünlük verib.

R.Nəbibəyov asudə vaxtlarını texniki yaradıcılıq işinə sərf edib və düzəltdiyi yeni qurğular müxtəlif diplomlar və şəhadətnamələrə layiq görülüb. 1965-cı ildə onun ixtira etdiyi avtomat dəftərsatan Moskvada Xalq Təsərrüfatı Naliyyətləri Sərgisində mükafata layiq yer tutmuş və buna görə də ona müəlliflik şəhadətnaməsi verilmişdir. İşlədiyi dövrdə R. Nəbibəyovun zəhməti dövlət və hökümət tərəfindən qiymətləndirilmiş, fəxri fərmanlar və medallarla təltif olunmuşdur. Ömrünün sonunadək Şəki Pedaqoji Texnikumunda işləyən Rüstəm Nəbibəyov və 1987-ci il avqustun 1-də 63 yaşında vəfat etmişdir.

Ailəsi

 

Babası - çar ordusunun ştabs-kapitanı Qasım bəy Hüseyn bəy oğlu Nəbibəyov Orta Asiyada uzun müddət hərbi tərcüməçi işləmiş, eyni zamanda Şəkidə ipək istehsalı ilə məşğul olan müəssisələrə malik olmuşdur. 1925-ci ildə 95 yaşında fəfat etmişdir.

Atası - çar ordusunun və Azərbaycan Cümhuriyyətinin polkovniki (1920-ci ildən sonra podpolkovnik) Hüseyn bəy Nəbibəyov 1918-1920-ci illərdə Bakıda xidmət etmişdir. Ömrünün son illərində isə Şəki məktəblərində hərbi hazırlıqdan dərs demişdir. 1930-cu ildə - bolşeviklər tərəfindən Şəki üsyanı yatırıldıqdan sonra həbs edilmiş və sonrakı taleyi haqda heç bir məlumat yoxdur.

Anası - Göyçək xanım Tahirbəyova tanınmış Şəki bəylərindən olan Mahmud bəy Tahirbəyovun qızıdır. Məşhur tarzən Əhməd bəh Tahirovun bacısıdır.

Əmiləri - Kapitan Zahid bəy Nəbibəyov, kapitan Vahid bəy Nəbibəyov və polkovnik Bəhram bəy Nəbibəyov çar Rusiyasında və Azərbaycan Cümhuriyyətində tanınmış hərbçilər olmuşlar. Bəhram bəy 1930-cu il üsyanı yatırıldıqdan sonra qaçaq dəstələrinə rəhbərlik etmiş, arxiv materiallarına görə bolşeviklər tərəfindən öldürülmüşdür. Zahid bəylə Vahid bəy də sovet repressiya maşınının qurbanları olmuşlar.

Qardaşları - Tamerlan (1920-1934)14 yaşında sovet milisi tərəfindən "səhv" olaraq küçədə güllələnmiş, Ehsan (1928-1959)isə 31 yaşında Şəkidə müəmmalı şəraitdə öldürülmüşdür.

Bacısı Fatma (1925) Azərbaycan Dövlət Universitetini qurtardıqdan sonra uzun müddət M.F.Axundov ad. Respublika kitabxanasında işləmiş, hazırda təqaüddədir.

Həyat yoıdaşı - Qərənfil Nəbibəyova (Abbasova) Yusif qızı, (1935) 1963-1968-ci illərdə Şəki şəhərində müxtəlif uşaq bağçalarında tərbiyəçi və 1968-2011-ci illərdə Şəki şəhəri 19 saylı uşaq bağçasının müdirəsi vəzifəsində işləmişdir, hazırda təqaüdçüdür.

Oğlu - Murad Nəbibəyov Rüstəm oğlu (1955), hazırda Şəki Bələdiyyəsində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyir, "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktorudur.

Qızı - Təranə Nəbibəyova Rüstəm qızı (1960), hazırda Bakı şəhərində müəllimə işləyir.

 

Mənbələr

 




Создан 28 мая 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com