ШЕКИ - НАБИБЕКОВЫ

Orucluqda rüşvət almır

Müəllif: Hidayət Elvüsal



Və elə onun da gözəl xasiyyətləri var. Məsəlçün, orucluq ki, gəlib, başlayıb müsəlmansayağı jestlər etməyə. Elə bu sabah işə gələndə maşını saxladıb, dünən aldığı rüşvətdən 1 manat sürücüyə verdi ki, aparıb salsın nəzir qutusuna. Əlbəttə, müdiri işə aparan sürücü idarənin qorumaları ilə çay içəndə yenə təriflədi:

- Çox müsəlman adamdı. Nəzirini-niyazını əskik eləmir. Elə bu sabah da nəzirini verdi. Allah qəbul eləsin!

Müdir də “petiminutka”dan sonra bir az gərməşdi və zəngi basdı. Katibə içəri girdi. O saat kabineti erotik ətir qoxusu bürüdü. Müdirin nəfəsi bir anlıq sıxıldı, sonra özünə gəldi:

- Qapını bağla!

Katibə yalandan nazlandı:

- Müdir olmaz e!

- Niyə?

- Orucam!

- Yox a!

- Papamın canı!

- Papana quzu kəsim! Elə mən də orucam. O deməkdir ki, ac qalaq?

- Yox e, orucum pozular!

- Pozulmaz! Pozular, sonra bir-iki gün artıq tutarsan, Allah günahlarımızı bağışlar.

Katibə nazlana-nazlana kabinetin arxa qapısından keçib, müdirin istirahət otağına girdi və o saat da başladı köynəyinin düymələrini açmağa…

…Günortadan sonra həmin adam gəldi. Orucunu “pozub”, biskvitlə kofe içən katibə gözünü süzdürdü:

- Keç! Səni gözləyir!

O da keçdi içəri. İtaətkar görkəm alıb, əllərini ovuşdurdu. Müdirin masasına tərəf getdi və salamlaşıb, əlini cibinə saldı. Bir dəstə pulu çıxaranda müdir dilləndi:

- Nəğayrırsan, ə?

Adam çaşdı:

- Müdir, amanatı gətirmişəm.

Müdir kresloya yayıldı:

- Ə, mən orucam e!

Adam gözlərini döydü. Bilmədi nə desin. Ya da elə gəldiyi kimi də geri dönüb, orucluq ayının çıxmasınımı gözləsin… və donub qaldı. Sonra qeyri-ixtiyari geri dönüb, qapıya tərəf gedəndə, müdir onu səslədi:

- Hara gedirsən, ə?

- M… m…üdir, dediniz ki, orucam.

- Noulsun?

- Yəni… amanatı verimmi?

- Ver!

Adam da təzədən pulu çıxarıb, ona uzadanda dilləndi:

- Ə, demədim orucam?

- Dediniz…

- Dedimsə əlimi o pula nətəhər vurum? Gətir qoy bu sürməyə.

Adam da yaxınlaşıb sürməni çəkdi və pulu qoydu oraya. Müdir dilləndi:

- Allah qəbul eləsin!

- Amin, müdir! Allah sizi başımızın üstündən əskik eləməsin!

- Gedəndə katibəyə denən ki, müdir çağırır.

- Baş üstə!

Katibə içəri girdi. Müdir barmağı ilə onu yaxına çağırdı:

- Bayaq deyirdin maşını ustaya göstərəcəksən.

- Hə!

- Sən niyə göstərirsən? Bu qapıda duran gədələr ölüb? Al bu pulu! O gədəyə də beş-on dollar ver, maşını ustaya aparsın.

- Yaxşı! - sonra da uzaqdan öpüş göndərdi, - Canım mənim!

Bir azdan dostu zəng elədi:

- Axşamı neynəyirik?

- Ə, mən orucam e.

- Mən də orucam. Acından ölək?

Müdir o biri müdirin sözünü yerə salmadı:

- Ölməyək! Elə orda görüşək də. Onların kababı-zadı yaxşı olur.

- Bir-iki masqa da çağırım?

- Mən o sarıdan orucumu açmışam.

…Axşam görüşdülər. O biri müdirin yanında iki qız da vardı. Bu müdir iki dəfə “orucunu” aça bilməyəcəyindən, payına düşən qızın sinəsinə iki-üç dənə yüzlük dollar taxıb, konyakı çəkdi başına…

…Səhər işə gələndə yenə sürücüyə bir manat vermək istədi ki, nəzir qutusuna salsın. Xırdası yox idi.

- Ə, orda saxla, o nəzir qutusuna bir manat sal, sonra verərəm.

Sürücü tez dilləndi:

- Bu nə deməkdi, müdir? Qurbandı sizə! Allah razı olsun!

Və işə gələndə yenə güvənlik işçilərinə deyirdi:

- Çox müsəlman adamdır. İnanın özü ac qalsa da, nəzirini, niyazını əskik eləmir. Yetim atasıdır, çörək verəndir.

Güvənlikçilərdən biri dilləndi:

- Görəsən bizim də maaşımızı verəcək? İki aydır, evə bir qəpik apara bilmirəm. İndi də ki, orucluq başlanıb...

Mənbə: modern.az

 

 



Создан 29 мая 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com