ШЕКИ - НАБИБЕКОВЫ

Qoyun yaşayaq də…

Müəllif: Hidayət Elvüsal



Səhərin gözü təzəcə açılmışdı ki, qonşu həyətdən gələn fəryadlardan tüklərim biz-biz oldu. Bir-iki dəfə gərnəşib, qalxdım, üz-gözümə su vurub pəncərədən baxanda ürəyim qopdu. Cavan bir gəlin dizlərini döyürdü:

- Vay-vay-vay-vay! Balalarım yetim qaldı, yetim. Yüz dəfə dedim ki, ə, öskürürsən, get doxdura! Getmədi! İndi budeyyy… yaxamı üç yetimin əlində qoyub gedir.

Birdən əri də çıxdı. Arvadını sakitləşdirməyə çalışdı, olmadı. Mat-məəttəl qalmışdım. Kişi diri idi, özü də kələ kimi bir adamdı. Bəs, arvadının bu fəryadı, ağlamağı nə idi? Mən də qonşular kimi əynimi geyinib, haraya getdim. Və…

Məlum oldu ki, səhərin gözü açılmamış o ekrandan “ölüm mikrobu” yayan həkimlərdən biri deyib ki, əgər gün çıxmamış kişi xeylağı öskürərsə, bu, xərçəngin əlamətidir. Yəni yavaş-yavaş işini görür. Həmin adam təcili olaraq klinikaya müraciət etməsə işləri fırıqdır.

Arvad da həkimin dediklərinə qulaq asan məqamda kişi bir-iki dəfə öskürüb. Vəssalam! İndi bütün qonşular yığışıb, onu sakitləşdirməyə çalışırlar. Hələ üstəlik “təcili yardım”a zəng edənlər də olub, amma arvad:

- Yox! “Təcili yardım” demədi doxdur. Dedi mütləq onun klinikasına getmək lazımdır.

Kimsə mızıldandı:

- Əşi, gündə televiziyaya çıxıb, müştəri yığırlar dəə!

Arvad onun üstünə çəmkirdi:

- Kiri! Sənin nə vecinə? Ölən budeyyy… bu bədbəxt oğlu bədbəxtdir ki, məni də bədbəxt elədi.

…Qayıdıb bir-iki loğma yeyirdim ki, üst mərtəbədən hıçqırıq səsləri gəldi. Tanıyırdım. Yaxşı adam idi. Oğlunu təzə evləndirmişdi. Nətəhər olmuşdusa o toyda keflənmişdim də. Sonralar mənə dedilər ki, düşmüşdün müğənninin üstünə. Deyirdin: “O hind filmi var haa. “Abdulla”. Bax o kinoda qızlar lüt-üryan şəlalənin altında oxuduqları havanı sən də oxu, bir onluq verim. Nə isə!

Bir azdan kişi ilə qarşılaşdıq. Dilxor idi. Gəlini soruşdum:

- Ehh, müəllim, adamın gərək bəxti olsun!

- Qonşu…

- Müəllim, üzr istəyirəm, ayıb olmasın gəlin hamilədi axı.

- Təbrik edirəm!

- Nə təbrik, müəllim! O gün pomidor-xiyar yeyib.

- Noulsun ki?

- Necə yəni nə olsun! İndicə televiziyada bir ginekoloq dedi ki, hamiləlik zamanı pomidor-xiyar yeyən ananın dünyaya gətirdiyi körpənin ya bir qulağı olmur, ya da səydəş doğulur, yəni başdanxarab olur.

- Əşi, pomidor-xiyar…

- Yox, müəllim! Mən demirəm. Sən də demə. Televiziyadan eşitdim. Öz uşağımla, - və bu sözə güldü, - nə yaxşı ki, anam mənə hamilə olanda pomidor-xiyar yeməyib, yoxsa həkimi heç eşitməzdim.

…Axşam ağlaşma səsi gəldi. Qarşı binadan idi. Həyətə düşüb maraqlandım. Dedilər ki, televiziyada çıxış edən bir həkim deyib: “Əgər yumurtanı soyutma eləyib yesəniz, bağırsaqlarınız tutulacaq. Əgər qayğanaz eləsəniz təzyiqiniz qalxacaq. Çiy qəbul etsəniz böyrəkləriniz daş bağlayacaq”.

- Bəs bunlar niyə ağlayır?

- Kişi yumurta qaynadıb, arvad qayğanaq eləyib, oğlu da çiy-çiy içib.

- Bəs, neynəsinlər?

- Doxdur deyib ki, üç yumurtanı birdən yemək lazımdır - birini qaynadıb, birini qayğanaq eləyib, birini də çiy-çiy…

- Bəs təzyiqə-zada ziyan eləməz?

- Eləyib də, müəllim! Qoca atası üçünü də eləyib. Üç saatdır ki, qan təzyiqi qalxıb, endirə bilmirlər.

…Və “pult”u götürüb bir gün səhərdən axşama qədər TV-lərdə gəzdim. Və səhərdən axşama qədər şoy-pıs-pıs adamlarından hələ də geri qalmıram. Həkimlər ordusu ekranları əməlli-başlı işğal eləyiblərmiş. Bir də deyirəm -  səhərdən axşama qədər!!! hərəsinin ağzından bir avaz gəlir. Amma bunun dediyi onunla, onun dediyi bununla heç uyğun gəlmir.

Və… Bıy! Bu nədi, ə?! Dişim niyə sancdı, ə?! Ə, yoxsa…

Oyy… Günorta o həkim demişdi. Demişdi ki, axşam saat 9-a, 15-20 dəqiqə işləyəndə, ya da qalanda dişiniz sızlasa bu… qəbizlik əlamətidir və tez qaçıb yanımıza gəlməsəniz, qarnınız cırılacaq.

Ayağa qalxa bildim ki? Tər məni basdı, huşumu itirdim.

Ayılanda başımın üstündə dayanan eynəkli həkimi və oğlumu gördüm. Uşağın gözləri şişmişdi. Yəqin həm ağlamış, həm də yuxusuz qalmışdı. Həkim deyirdi:

- Televiziyada qorxu filmlərinə baxmasın, yenə şoka düşər. Əsəbiləşdirməyin, sözündən çıxmayın, bərkdən danışmayın…

Oğlum zəif səslə soruşdu:

- Doxdur, atama nə olub?

- Hələlik heç nə! Amma televiziyada həkimlərdən savayı başqalarına baxsa dəli olacaq! İndilik yüngül keçirib.

- Yəni…

- Yəni, arabir səyləyir, amma qorxulu deyil.

İnildəyib, üzümü divara çevirdim. Hələ bunun evə getməyi var. Hansı həkim nə gecə məndə axtaracaqdır - xərçəng, şəkər, qan təzyiqi, infarkt, prostat, mədə-bağırsaq, dəlilik…

Ay qardaş! Ə, bu həkimləri səhərdən axşama qədər yan-yana düzürsüz ekranlara, bəs bizə yazığınız gəlmir?

Ə, qoyun yaşayaq dəə!..

Mənbə: modern.az



Обновлен 19 июн 2017. Создан 18 июн 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com