ШЕКИ - НАБИБЕКОВЫ

Gərək burda olaydım

Müəllif: Hidayət Elvüsal



- Qonşu, sən evdə yox idin. Balkonda oturmuşdum. Bir də baxdım küçədə bir mərəkə qopdu, gəl görəsən.

- Həə? Nə olmuşdu?

- İki xuliqan camaatın gözü qabağında cavan bir qadına hücum elədi.

- Axx, gərək burda olaydım!

- Qadın elə cığırırdı ki, səsi şəhərin o başında eşidilirdi. Amma bircə nəfər köməyə gəlmirdi. Hamı özünü görməməzliyə vururdu.

- Axx, gərək  burda olaydım!

- Qadın qaçıb özünü bax, o qapıdan içəri atmaq istədi. O siqaret satan kişi də tez evə girib qapını bağladı.

- Axx, gərək  burda olaydım!

- Sonra qadın küçənin düz ortasına çıxıb maşın saxlamaq istədi. Amma hamı qaz verib, aradan çıxırdı.

- Axx, gərək  burda olaydım!

- Xuliqanlar qadını tutub divara dirədilər. Biri onun qollarını burub arxasında saxladı. O birisi isə əvvəlcə qadının sırğalarını çıxardı.

- Bahalı idi?

- Qonşu, qızıl idi də…

- Axx, gərək  burda olaydım!

- Sonra layka plaşını soyundurdular.

- Neçə razmer olardı?

- Belə də qırx səkkiz, bəlkə də əlli.

- Axx, gərək  burda olaydım!

- Sonra çəkmələrini çəkib çıxardılar. Otuz altı, otuz yeddi razmerə oxşuyurdu.

- Axx, gərək  burda olaydım!

- Sonra corablarını...

- Mən ölüm?

- Vallah! Qadının gözü mənə sataşdı və qışqırdı ki, ay qardaş, gəl mənə kömək elə, kişi deyilsən?

- Axx, gərək  burda olaydım!

- Corablarını çıxaranda baldırlarını gördüm. Sənin canınçün ağappaq yumurta kimi idi.

- Axx, gərək  burda olaydım!

- Birdən gördüm adə, qadının donunu çıxarmaq istəyirlər. Bir az dartışdırdılar. Sən öl, qonşu, ömrümdə belə əntiqə şey görməmişdim.

- Axx, gərək  burda olaydım!

- Amma biveclər bacarmadılar. Arvad təpiklə birinin qarnına vurdu, o birisinin  də qolunu dişlədi.

- Axx, gərək  burda olaydım!

- Xuliqan köpək uşaqları aradan çıxdılar. Qadın taqətdən düşüb oturdu, bax, odey, o səkinin üstündə. Sonra mənə yalvardı ki, ay qardaş, sənə qurban olum, ciyərim yanır, heç olmasa bircə qurtum su ver içim.

- Axx, gərək  burda olaydım!

- Dedim, bacı, mən qələt eləyərəm, belə cəncəl işə qarışaram. Nə işimə qalıb? Keçdim evə, balkonun da qapısını bərk-bərk bağladım.

- Axx, gərək  burda olaydım!

-  Qonşu, bura bax. Bayaqdan özünü didib tökürsən ki,  «Axx, gərək  burda olaydım, gərək burda olaydım». Burda olsaydın neyləyəcəkdin?

- Ihı, ühü, həə… Burda olsaydım ı…. ı…. mən də öz balkonumda durub baxacaqdım.

- Necə? Adə, mən də elə bildim. Xa-xa-xa…

- Demirsən əntiqə şey idi? Baldırları yoğun, ağappaq, yumurta kimi…

- Hə, sən öl, belə aləm şey idi. Məcun idi, məcun. Qeyrətsizlərin ikisinin gücü bir qadına çatmadı.

- Əşi, adını kişi qoyan elə qeyrətsizlər var ki, adam onların yerinə lap xəcalət çəkir e, qonşu.

- Axx, doğrudan gərək burda olaydın, qonşu. Konsert idi, konsert. Pulsuz-parasız, biletsiz-filansız konsert. Belə konsertə baxmaq hər kişiyə qismət olmur. Xa-xa-xa. Adə, baldırları baax, o yoğunluqda idi, sən öl. Özü də ağappaq, yumurta kimi…

 

Mənbə: modern.az

 



Создан 25 июн 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com