ШЕКИ - НАБИБЕКОВЫ

Uçurum

Müəllif: Hidayət Elvüsal



Onlar başqa cür doğulur, başqa cür böyüyür, başqa cür oxuyur, başqa cür yaşayır, başqa cür vəzifəyə gəlir, başqa cür düşünür və hətta öləndə başqa cür ölürlər.

Son zamanlar baş verən xoşagəlməz hadisələr cəmiyyətin bölünmüş, ayrılmış ponoramını göz önündə sərgiləyir. Və indi, məhz indi şübhə yeri qalmır ki, ölkədə fərqli bir zümrə formalaşıb. Əgər açıq danışırıqsa, niyə gizlədək ki…

Nazirlər, generallar, digər vəzifə sahibləri, məmurlar cəmiyyətlə aralarında uçurum yaradıb, bir dairə cızıb, bu dairənin etiketləri, qayda-qanunları ilə yaşayırlar. Əksər hallarda yalnız bir-birləri ilə qohum olurlar. Başqalarını həmin dairəyə yaxın buraxmırlar. Hamısı var-dövlət, nüfuz sahibləridir. Toy, yas mərasimləri, elçi getmələri, qohum olmaları az qala rəsmi protokol xarakteri daşıyır.

Toylarında yalnız özləri olur. Yasları, hüzr mərasimindən çox, rəsmi görüş tədbiri təsiri bağışlayır. Bir çox vacib məsələlər bəzən məhz bu toylarda, yaslarda həll olunur.

Onlar başqa cür yaşayırlar. Əksəriyyətinin övladları bəzən layiq olmadıqları  vəzifələr tutur. Onlar malik olduqları sərvətləri, maşınları, kef məclislərini, əyləndikləri qızların yarıçılpaq şəkillərini sosial portallarda yayımlamaqdan çəkinmirlər. Onlar bu torpaq uğrunda vuruşmurlar, amma sərvətlərini sümürüb damarlarına çəkirlər. Adi adamları, sadə insanları heçə sayırlar. Kasıb-kusubu az qala ayaqlayıb keçirlər. Bəzən isə qudurğancasına təhqir edirlər, söyürlər, döyürlər. Və bütün bunlar cəmiyyətdə etirazlara səbəb olur. Boş-boş danışmaqla deyil. Bu kiçik ölkədə heç nəyi, heç kəsi gizlətmək olmur. Hamı nəyin nə olduğunu çox gözəl bilir. Filan obyektin, filan şirkətin, filan TV-nin, filan qəzetin, hətta filan daş karyerinin… kimə məxsus olduğu bilinir.

İsmayıllı hadisələri əslində bir çatlaq verdi. Çatlaq böyüdükcə böyüdü və bu gün baş verən “gül balalar” hadisələri səbr kasasını daşdırdı.

Gəlin açıq danışaq! Prezidentin, bu ölkənin liderinin də oğlu var. Haqqında xoşagəlməz bir söz söylənibmi? Başqalarına qarşı bir saymazlıq, hörmətsizlik edibmi?

Prezidentin qızı Leyla Əliyeva tədbirlərdə, gəzintidə rastlaşdığı sadə insanlarla görüşür, söhbət edir. Bununla da demək istəyir ki, mən də sizlərdən biriyəm. Amma prezidentin fərmanı ilə vəzifəyə gələnlərin övladlarının ədalarından, havalarından yanlarından keçib-ketmək olmur. Onlar özlərinin yüksək, fərqli olduqlarını hərəkətləri, əməlləri ilə nümayiş etdirirlər.

Və prezident dönə-dönə vəzifəli şəxslərə övladları ilə bağlı xəbərdarlıq etməyibmi? Onları ailələri, övladları ilə birlikdə cəmiyyətə qarşı hörmətlə, mədəniyyətlə davranmalı olduqlarını xatırlatmayıbmı? Bu xəbərdarlıqlardan hamı nəticə çıxarıbmı?

Çıxarmayıb! Və onlar bu hərəkətləri ilə cəmiyyətdə bir çatlaq, özünüizolə, fərqli, guya aristokrat… zümrə kimi göstərməyə çalışırlar. Rüşvətxorun, korrupsionerin, oğrunun, qansoranın… nə aristokratlığı ola bilər ki? Bunlar əslində görməmişlər toplusudur. Millətin canından, qanından sorduqları haram pullarla qudurğanlıq edən övladlarının kef məclislərinə, avtomobil kolleksiyalarına baxıb qürrələnirlər. Bax, görməmişlik, yaxud sonradan görmə bəlası budur. Artıq onlar əyri yollarla yığdıqları pulları deyil, bu pullar onları idarə edir.

Bahalı geyinmək, bahalı avtomobil sürmək, mərc üçün ayı kəsdirmək, delfin kababı, dəvə qutabı yemək, minlərlə dollara satılan içkilər içmək adamlıqdan, kübarlıqdan xəbər vermir. Bunların bir adı var - qudurğanlıq, görməmişlik, haram pulların ehtizaza gətirdiyi gədəlik!

Və bu çat böyüdükcə belələrini də udub aparır. O nazirlər, o generallar görünməz olur. Dairə daralır.

Elə edin ki, elə yaşayın ki, o dairə kiçilib, kiçilib, boğazınıza keçməsin, haram tikə yeməkdən genəlmiş, yoğunlaşmış, danışığını itirmiş boğazınıza…

Mənbə: modern.az



Создан 14 авг 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com