ШЕКИ - НАБИБЕКОВЫ

Qara çadra, cırıq şalvar

müəllf: Hidayət Elvüsal



Qapqara bir səhnə idi. Uzağı 19-20 yaşlarında olan, qara çadralı gəlin hamının diqqətini cəlb edirdi. Ona görə yox ki, qara çadrada idi. Ona görə ki, qucağındakı südəmər körpəni də qapqara çadraya bürümüşdü.

Metronun “Koroğlu” stansiyasında vaqondan çıxanda gördüyüm tablo heyrətamiz idi. İlanmələdən bu istidə qara çadraya bürünmüş körpə ağlayanda, o arıq, qaraçadralı gəlin, qara çantasından çıxardığı “sosqa”nı onun dodaqlarına yapışdırırdı. Bir anlıq fikirləşdim ki, bu “sosqa”nın qapqarası yoxdur, olsaydı… Körpə “sosqa”nı əmib, bir anlıq kiriyirdi. Amma isti onu darıxdırırdı, nəfəsini kəsirdi və o, çırpınıb, hava almağını istəyirdi, ya daha nə dərdi vardı, Allah bilir. Heç kəsin geyim-geciminə qarışmaq istəmirik. Amma son illər elə tablolar görürük ki, bunun nə qədər aşırı, qabardılmış, əndazədən çıxmış olduğunu görməmək mümkün deyil. Südəmər körpəni qara çadraya bükmək harada görünüb? Hətta, fanatizmin ən şiddətli, tüğyan etdiyi bir ölkədə, məkanda, təriqətdə belə şey yoxdur. Südəmər körpənin qara çadrası, qara hicabı… yalnız bizdə, Bakıda, paytaxtda görünən bir səhnədir. Biz hər şeyi təqlid edirik və həm də ağlagəlməz bir səviyyədə. Çünki biz… küyə gedənik. Gedirik və hara getdiyimizi də bilmirik.

 

Sosial şəbəkələrdə görmüsünüz. Barmaq boyda bir körpə qız uşağın yenə də hicabda, işarət barmağını qaldırıb, süni görüntü yaradanlar, şəkilin altında bu körpənin dilindən yazırlar: “Təkbir desəm, Allahu Əkbər deyərmisiniz?”

 

O körpə “təkbir”i, “Allahu Əkbər”i nə bilir? Niyə İslamı, müsəlmanlığı, dinimizi, imanımızı bu qədər süniləşdirir, saxtalaşdırırsınız? Niyə bu qədər günah işlər görürsünüz, Allahdan qorxmursunuzmu? Axı, hər şey, hər bir hərəkətimiz ona əyandır. Nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, sənin yolunda o cür saxtakarlıq, sünilik, yalançılıq… yaratmışıq?

 

Allahın yolundan azma, İslama gərəksiz, süni yamaqlar vurmağa çalışma, aşırı, şişirdilmiş, uydurma, ətürpədən radikallığa meyl etmə, yetər. Yəni kimlərisə təqlid etməyin bəs etmirmiş kimi, heç olmasa küyə getmə! Sosial mediada bir körpə fotosu (özü də quraşdırılmış şəkildə) yayıb, “Buraya “Amin!” yazmayan müsəlman deyil” kimi şeytanı zorakılıq etmə!

 

Məhz sizin kimilərin ucbatından nəinki bir müsəlman ölkələrinin, eyni şəhərin, eyn məhəllənin, hətta eyni evin İslam anlayışları bir-biri ilə uzlaşmır, düz gəlmir, bənzəmir. Səbəbi isə, əlavə edilmiş saxtakarlıqlar, qəbuledilməz ayinlər, səviyyəsiz, süni yozmalar, xeyir güdmək, qazanc əldə etmək daha nələr və nələrdir.

 

Kiril, yaxud latın əlifbası ilə yazdıqları duaları qəbristanlıqlarda, hətta bəzən hüzr məclislərində camaata sırıyan şeytan balaları görməmisinizmi? “Ucuz yasin oxuyuram” sözləri yazılmış “reklam” lövhəsinə bənzər karton parçasının yanında mürgüləyən mollaçaya rast gəlməlisinizmi? Toyuq, keçi, at oğurladığı üzündən türmədə yatıb-çıxan dələduzu molla qiyafəsində, qəbristanlıqda bayquşluq etdiyinə rast gəlməmisinizmi?

 

Niyə inanırıq? Küyə gedirik!

 

Əlində Quran tutub, qapı-qapı dilənən dələduzlar yoxdurmu? Var! Niyə dinmirik? Niyə müqəddəs kitabı belələrini əlindən alıb demirik ki, bu, dilənmək üçün nazil edilməyib?

 

“Medalın” başqa üzünə də baxaq. Göbəyiaçıq, “şalvarıcırıq” gənc qızlar necə, xoşunuza gəlirmi? Şortikdə gəzə-gəzə, qılçalarının uzun-uzun qıllarını göstərən oğlanlar necə? Sırğaları, üzükləri başlarına dəysin. Qız kimi danışır, işvə-nazla dillənirlər.

 

Qızları dedik. Dizləri cırıq şalvarlara dözmək olardı. Amma şalvarların cırıqları yavaş-yavaş üzüyuxarı gedir, harada dayanacağına zəmanət yoxdur. Çünki…

 

İndi bu şalvarlar… arxa tərəfdən cırılır. Bəzi gözəlçələrin arxa ayıbları küçələrdə, barlarda, orda-burda sərgilənir. Qabaqlar ana olan kəslər qızlarına:

 

- A bala, dizini ört! - deyərdilər.

 

İndi bu arxa tərəfi görüb, qıza:

 

- A bala… ört! - demirlər?

 

Küyə gedirik.

 

Biz nə çadranın, nə də normal geyim-gecimin əleyhinəyik. Biz deyirik ki, südəmər körpəni qara çadraya büküb, bağrını çatlatmayın. Şalvarınızı cırıb göbəyinizi küçələrdə göstərməyin. Deyirik ki, Qurandan danışmaq dili təzə-təzə açılan körpənin işi deyil. Şalvarı dizdən üzüyuxarı, yaxud arxa tərəfdən “cırıb” olan-qopanınızı sərgiləməyin.

 

Quran dəryadır, elmdir, bilikdir, dünyanı az-çox dərk etməmiş, o kitabdan heç nə anlamaq olmaz. Barmaq boyda körpə “Təkbir”in nə olduğunu bilməz, öyrədərsən, təkrar edər, amma bilməz, qardaşım, bilməz. Küyə getməyin!

 

Və bir də…

 

Yadıma ərəb şeyxləri düşdü. Yox, bunlardan yox. Dünyaya İslam, müsəlmanlıq dərsi öyrətmək istəyən şeyxləri və onların “tərbiyəli” övladları. O övladlar ki, Bodrumda, Antalyada lüt soyunub, rus və digər ölkələrdən gəlmiş yüngül əxlaqlı qadınlarla yaxtalarda, barlarda kef məclisləri qurub, şərab içə-içə şəkil çəkdirirlər.

 

Onların küyünə getməyin! Saxta, yalançı, din pərdəsi altında zinalıq, qaniçənlik eləyən…şeytanlardır.

Mənbə: modern.az




Создан 31 авг 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com