ШЕКИ - НАБИБЕКОВЫ

Bozqurd simvolu

Müəllif: Hidayət Elvüsal



Göz görə-görə dağılmağa, parçalanmağa doğru gedən Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) açığını desək son zamanlar öz ideyasından uzaqlaşmaqdadır. İqtidarda olan AKP ilə MHP arasında cəmi bir neçə, o qədər də önəmi olmayan fərq qalıb. Bütün bunlar öz yerində.

Partiyanın ən fəal, nüfuzlu ülküçüləri ya uzaqlaşdırılıb, ya da küsdürülüb. Maral Akşənərlə başlayan böhran get-gedə dərinləşib. Azərbaycan kökənli Sinan Oğan və uzun illərdir ki, ermənilərin bütün yalanlarını, onlara havadarlıq edənlərin ikiüzlülüyünü danılmaz faktlarla sübut edən Yusif Halacoğlu kimi simalar Dövlət Bahçəliylə üz-üzə gəlib. Belə mübariz üzvlərini itirən MHP ən həlledici məqamlarda məhz iqtidarın müdafiəsində dayanıb. Elə bu səbəbdən də səmimiyyətsiz siyasət yeridən partiyadan kütləvi tərk etmələr başlanıb. Elə bu səbəbdən də ikinci seçkilər zamanı MHP millət vəkili sayını yarıbayarı itirdi, sonuncu yerdə dayana bildi. Bütün bunlar heç şübhəsiz Dövlət Bahçəlinin son illərdə tutduğu mövqe, diktat davranışı, kürsüsünü itirmək xofu və…

Çox hörmət etdiyim, açıq sözü, danılmaz faktları ilə diqqət çəkən yazarlardan biri Sabahəddin Önkibar illərdir ki, eyni ifadəni söyləyir:

- Bahçəli görəvlidar!

Yəni Dövlət Bahçəli göründüyü, özünü təqdim etdiyi kimi bir siyasi sima deyil. O, ehtiyatda olan qüvvə kimi, ən kritik məqamlarda AKP-nin dadına çatır, kömək əlini uzadır. Məhz bu cəhəti əsl bozqurdların narazılığına səbəb oldu. Qarşıdurma dərinləşdi.

Ən əvvəl bu partiyanın qurucusu Alparslan Türkeşin oğlu Toğrul Türkeş MHP-ni tərk edib, AKP-yə qoşuldu və Baş Nazirin müavini vəzifəsini əldə etdi. Bahçəli bir-iki gərəksiz söz söyləsə də Toğrul bəylə üz-üzə gələndə, gülümsəyib, əl uzatdı.

İş o yerə çatıb ki, bir zamanların rekord tamaşaçı kütləsinə malik olan, MHP-nin güzgüsü “Bengi-türk” telekanalı da öz simasını itirdi və buranı ən əvvəl Murad İde tərk etdi.

Murad bəyi Azərbaycanda yaxşı tanıyırlar. Aprel döyüşlərindən sonra da gəlmişdi. Savaş bölgəsindən çox təsirli veriliş hazırladı və “B.T.”-də nümayiş etdirdi.

İqtidara yaxın qəzetlərdən biri öz şərəfsiz müxbirlərindən birinin ermənilərdən hazırladığı material Murad bəyi üsyan həddinə çatdırmışdı. Qəzet erməninin dilindən yazırdı: “Biz (ermənilər) Qarabağın bir hissəsini (?!) azad (?!) etmişik, qalan hissəsi (?!) hələ də (?!) Azərbaycanın nəzarəti (?!) altındadır” (qeyd edim ki, mötərizədəki sual, nida işarələri bizimdir).

Və o zaman Murad İde ekrandan açıq-açığına dedi:

- Əgər Azərbaycanın yerinə, başqa bir dövlət olsaydı, Türkiyə hökumətinə NOTA verərdi. Amma… qardaş qardaşa necə NOTA versin?!

Murad bəy Azərbaycanı canı qədər sevirdi və sevir. Bahçəlinin hərəkətlərinə etiraz olaraq vəzifəsindən istefa verdi. İndi orada, o TV-də ürəyə türk sevgisi, Vətən eşqi ilə çarpanlar gözə dəymir. Əhməd Şəfəq kimi bir dostumuz da görünmür və… indi bu telekanal multfilm, musiqi, mətbəx… proqramları ilə, ara-sıra AKP yandaşlığı ilə proqram təqdim edir.

Belə! Amma söhbəti bununla bitirmək istəmədim. MHP-də qalanların bəzilərindən elə sözlər eşidirsən ki, təəssüf etməkdən savayı bir söz tanımırsan. Bahçəlinin müavinlərindən biri o gün öz çıxışında dedi:

- Bozqurd imarətini bu partiyanı tərk edənlər göstərə bilməzlər. Bu imarət yalnız və yalnız MHP-yə məxsusdur.

Bir dəqiqə, arkadaş! Bozqurd işarəti yalnız və yalnız MHP-yə məxsus deyil. Bu, Azərbaycan ülküçülərinin türk qardaşlarımıza bir hədiyyəsidir. Və ürəyində Türkçülük sevdası, Milliyyətçilik hissi, Vətən, Bayraq sevdası olan hər kəs bu işarəti göstərə bilər!

Bir qədər izahat verim. Bozqurd işarəti, salamlaşması (çeçelə barmaqlarının irəli uzatmalı və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) Altaylardan üzübəri gələn türk simvoludur. 1990-cı illərə qədər Türkiyədə bu işarət olmayıb. Xalq Cəbhəsi hakimiyyəti zamanında Türkiyə nümayəndə heyətinin tərkibində Bakıya gələn Alparslan Türkeş Azərbaycan bozqurdlarının onu bu işarətlə salamlayarkən maraqlanıb. İşarətin mənasını soruşanda onun “Bozqurd” simvolu olduğunu İsgəndər Həmidov izah edib. Türkeşə çox böyük təsir bağışlayıb və Türkiyəyə döndükdən sonra “Bozqurd” işarətinin yayılmasını tapşırıb, həmişə də deyib:

- Bu, azərbaycanlı qardaşlarımızın bir hədiyyəsidir.

Əgər Bahçəlinin müavini bunu bilirsə, söylədik. Heç olmasa ülküçülüyün, Bozqurdun ən yaxın tarixini öyrənsin. Həmin işarət heç bir partiyanın məxsusi simvolu ola bilməz.

Türkçülük, Vətən, Bayraq, Dil, Din… mübarizələri bu simvoldan istifadə edə bilərlər.

 

Mənbə: modern.az



Создан 02 окт 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com