ШЕКИ - НАБИБЕКОВЫ

Həkimdən qabaq molla gəlirsə…

Müəllif: Hidayət Elvüsal



Dedim axı, dedim. Dedim ki, məni Türkiyəyə aparmayın, sınıqçı Səlimi çağırın, bir çarə eləsin. Qohum-əqraba, arvad-uşaq sözümə baxmadı. Doxdur Dilqəmi çağırıb mənə iynə vurdurublar, özümü bilməmişəm. Gözümü açanda, başımın üstündə ağxalatlı… imamı, yəni mollanı gördüm. Dilim “imam” sözünə öyrənmədiyindən elə “molla” deyib sızıldadım:

- Sənin nə işin var burda?

- Övladım, senə teskinlik veriyorum.

Bu nədi, ə? Yəqin o dünyadayam və nə yaxşı ki, türk qardaşlarımızın, nətəhər deyərlər, kompakt yaşadıqları cənnətfason bir yerdə. Gücümü toplayıb yenə sızıldadım:

- Arkadaş, biz bir can, iki zadıq…

- Devlatiz efendim, - deyib, sözümü tamamladı.

- Hə onnanıx, qardaş. İndi mən haradayam?

- Hastanedesən, efəndim!

- Nə?!

- Hastanede!

- Məzələnirsən?

Anlamadı. Amma özünü oralara da qoymadı:

- Efendim, AK partinin ömrü uzun olsun. Şimdi hastelere doktorlar yok, hem de bizler, imamlar baxırız.

I… ı… ı… zada düşmədik? Ora!

- Əfəndim, qardaşım, siz xəstənin harasına baxırsınız?

- Her yerine!

- Mənim də hər yerimə baxmısız?

- Maşallah! Pehlevan kimisen. Efendim, biz imam olarak, sizi cennete hazırlayırız. Yani ki, oraya düşməniz üçün her şey yapıyoruz.

- Orda adamınız var?

- Adam şudur, senin yanında, efendim, ben. Ölümden korkma, o güzel bir şeydir. Bu dünyanın ezabından kurtulub, o dünyada hurilərlə...

Kömək elədim:

- Mazaqlaşarıq?

- Nasıl?

- Sən davam elə.

- Yeni ki, rahat ol. doktor ne ki? Bir iyne yapar, o da ya düşer, ya düşmez. Yani AK parti imamları şu meseleye koymakta haklı.

Belə… Deməli Türkiyədəyəm. Başımın üstündə molla. Həkim gözə dəymir. Uşaqlar görünmür. Bu da bayaqdan zəvzəyir. Canım ağrıyır. O dünyadayammı, yoxsa bu dünyada bilmirəm. Ən azı can üstəyəm ki, həkim yox, molla kəsdirib başımın üstünü.

Axı, demişdim. Demişdim ki, belə boş şeydən ötrü məni İrana, Türkiyəyə, Almaniyaya, İsrailə aparmayın. Bu marşrutlarda artıq toz qopur, toz. O qədər gedib-gəlmişik ki, canları yığılıb boğazlarına. İranda molla, burda imam, İsraildə paster, Almaniyada konsler… Nə konsler, ə? Deyəsən başım xarab olur.

Nahaq gətiriblər. Axı, bir xəstənin sağalmasında imam nə qələt eləyə bilər ki? Elə o televizora çağırıb, qaranquş kimi düzdükləri həkimlərdən 20-30-nu çağırsaydılar, söhbətlərinə qulaq asardıq, müalicələri özlərinə qalsın. Əllərinlən bir iş gəlsəydi, xəstələr özləri axtarıb tapardı onları. Amma o həkimlər, şou-biznes uşaqlarının toy tutmaq bicliyindən istifadə edib, xəstə tutmaq üçün dəstə-dəstə dırmaşıb çıxırlar televiziya ekranlarına.

Amma bunlar dünənki söhbətdir, dünənki. İndi mən qardaş Türkiyədə, xəstəxanada… başımın üstündə də molla…

Diqqətlə imamın üzünə baxdım. Qardaşın gözündən cin yağırdı. Cənnətə avtobus yola salan dispeçerə oxşayırdı. Buna görə də sakitləşməyə çalışdım. O isə hey danışırdı:

- Efendim AK parti bizlere, yani imamlara nikah kesmek yetkisi də verdi. Bizim gıldığımız nigah, belediyyenin nigahı kadar resmi bir şeydir.

- Mekteblerde də…

- Evet, evet, efendim. Okullar da bizim. Cihat, zinalık, erkek eşin reisleyi, birinci sınıflarda öyredilir… Kızlar gelin olmak üçün…

- Yetər!

- Nasıl?

- Kəlmeyi-şəhadətimi oxu, mənim dilim tutmur.

- Efendim, siz daha ölmediniz ki!

- Elə isə özününkünü oxu. Əgər xəstəxanaları da sizə veriblərsə…

Yox! Bizim TV-lərdə boy-boya verənlərə şükür. Hər necə olsa da, həkimlik oxuyublar dəə…

Mollarımız da ən uzağı nəzir yığmaqla məşğul olur.

Mənbə: modern.az



Создан 11 ноя 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com