ШЕКИ - НАБИБЕКОВЫ

Turistlər ağlaşır

Müəllif: Hidayət Elvüsal



Və gördüm ki, bir yapon “Tarqovı” dediyimiz Nizami küçəsində, yəni Bakının göbəyindəki skamyaların birində oturub, zülüm-zülüm ağlayır. Yaxınlaşıb, hal-əhval tutdum. Ceni Çakı-zadı soruşdum. Sonra dedim:

- Ay evini sunami aparmasın, bu qərib ölkədə niyə gözünün qarasını axıdırsan?

Yapon birtəhər özünə gəlib, hıçqıra-hıçqıra:

- Siz şənnətdə yaşayırsış.

- Yox aaa?!

- Ona bax. Kim siqaretin kötüyünü hara istəyir, ora da tullayır. Boş butılka, içəcək qabları, hər şey küçələrə səpələnib. Amma bizdə, Yaponiyada… Tokioda yox e, kənddə də belə şey olsa bələdiyyə bir tərəfdən, polis o biri tərəfdən yaxamızdan tutub, ya həbs eləyər, ya da cərimə ödətdirər. Amma siz… Gör nə qədər azad, gözəl yaşayırsız. Mən ölkəmin halına ağlayıram.

Bir ingilis də söhbətə qoşuldu:

- Bura çox gözəldir. Hamı deyir-gülür. Televiziya proqramlarına baxıram. Elə bil toyxanadasan. Oynayan kim, gülməkdən özündən gedən kim. Biz ingilislər kimi soyuqqanlı deyilsiniz. Torpağınız işğal olunur, deyib-gülürsünüz. Sel gəlib kənd-kəsəyi basır, saz götürüb, ortada süzürsünüz. Bina uçur, yanğın olur, şpaqat açırsınız. Üç-dörd aparıcıdan savayı ekranda heç kimi görmürsünüz. Aparıcı onlar, aktyorlar onlar, tamaşaçılar onlar, sizə ağıl verən, yeri gələndə danlayan da onlar. Amma Londonda… Gündə birini tapıb ekrana çıxarırlar. Oynayan yox, oxuyan yox, ya elmdən danışırlar, ya da siyasətdən. Bezdiriblər.

Bir amerikalı:

- Halal olsun. Bizimkilər göydə həyat axtarırlar. Astronavtların biri gedir, biri gəlir. Amma sizdə ən azı əlli ildir ki, gəlin-qayınana müsibətləri müzakirə olunur.

Yapon: 

- Bizdə məktəblilərə zülm eləyirlər. Oxudurlar, elm öyrədirlər. Amma burada hər şey yolundadır. Müəllimin cibinə beş-on manat salıb, rahat olurlar.

Amerikalı:

- Təhsili olmayanı heç qarovulçu da götürmürük. Amma burada qəssab kefi istəyəndə baş redaktor olur. Əlifbanı bilməyən şeir yazır. Gözəl ölkədir, çox gözəl. Biz dünyanın xəritəsini dəyişmək istəyirik, siz isə uzaqbaşı mebelinizi.

Yapon yenə zırıldadı:

- Bizim heç nəyimiz yoxdur, hər şeyimiz var. Sizin hər şeyiniz var, heç nəyiniz yoxdur.

İngilis:

- Hələ maşınlar. Marka bizimdir. Amma üzünü də görməmişik. Bakıda isə belədən-belə şütüyür, həm də kimini kefi necə istəyir elə sürür.

Yapon:

- Bax biz təsadüfən avtomobil qəzalarında ölürük. Siz isə təsadüfən yaşayırsınız.

Ölkəmizi o qədər təriflədilər ki, məni də ağlamaq tutdu. Sən demə bu yerlərin qədrini hələ də bilməmişik. Və mən yaponun boynunu qucaqlayıb, ağladım. İkimiz də ağladıq.

İngilis pıçıldadı:

- O qədər humanist millətsiniz ki, insan heyrətə gəlir. Ermənilər sizin körpələrinizi, qocalarınızı, qadınlarınızı o qarlı yerlərdə, o şaxtalı havalarda güllələyib, öldürdülər. Amma siz bu vəhşiliyin ideya yuvaları olan erməni kilsələrinə pulsuz qaz verirsiz. Gürcüstanlı ermənilər sizdən çox razıdırlar. Kilsəyə gedən boru xəttinə “sasok” qoyub, evlərinə də qaz çəkiblər. Pulsuz-parasız yandırırlar və o evlərdə gələcəkdə sizinlə vuruşacaq erməni əsgərləri böyüdürlər. Bu dünya sizin qədər humanist bir millət görməyib, görməyəcək də.

Daha nələrə ağladığımızı deməyə dilim gəlmir.

Kəsərlər…

Mənbə: modern.az

 



Создан 15 янв 2018



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com